Mühasib köməkçisi

  • Şam-Fi MMC
  • Elanın qoyulma tarixi: 02.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

  • Ali təhsil (Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və əlaqəli ixtisaslar üzrə təhsili olan namizədlərə üstünlük verilir)
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • Microsoft Office biliklərinin olması (Excel yüksək səviyyədə) 
  • E-gov.az, .e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı
  • Vergi, əmək qanunvericilikləri üzrə biliklər 
  • Komanda ilə işləmək bacarığı

Vəzifə öhdəlikləri:

  • Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirilməsi;
  • Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirilməsi;
  • Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət edilməsi;
  • E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi 
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
  • Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak;
  • Elektron qaimə-fakturaların portala daxil edilməsi;
  • Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqların icra edilməsi.

İş şəraiti şərtləri:

  • ARƏM-ə uyğun rəsmiləşmə;
  • İş günləri: Həftə içi 5 gün, 09:00-18:00
  • İş yeri: Xətai rayonu, Nobel pr. 25
  • Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müəyyən ediləcək

Vakansiya tələblərinə uyğun olan namizədlər CV-lərini “Mühasib köməkçisi” başlığı ilə [email protected] email ünvanına  göndərə bilərlər.