Alıcı

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İstehsalçı və distribyutorlarla kommersiya danışıqlarının aparılması; 
  • Məhsul portfeli ilə bağlı analitik hesabatların hazırlanması; 
  • Təqdim edilmiş marketinq planına əsasən təchizatçı şirkətlərlə rüblük və illik tədbirlərin planlanması və həyata keçirilməsi; 
  • Yeni məhsullar və məhsul qrupları barədə qərarların icrasının həyata keçirilməsi; 
  • Təchizatçıların hesab-fakturalarının məqbulluğunun təsdiq edilməsi; 
  • Məsul olduğu məhsul qrupun günlük satış və qazanc performansının izlənilməsi və lazımi tədbirlərin icra edilməsi; 
  • Marketinq planına əsasən təqdim edilmiş məhsul təkliflərinin mağazalar daxilində sərgilənməsinə nəzarət etmək; 
  • Rəqib şirkətlərin fəaliyyətinin izlənməsi və situasiyaya uyğun adekvat tədbirlərin təşkil edilməsi; 
  • Qiymət dəyişikliklərinin planlanması və həyata keçirilməsi; 
  • Görülən işlər və planlanan fəaliyyət barədə Kateqoriya üzrə menecerə həftəlik təqdimatın edilməsi. 

Vəzifə üzrə tələblər:

  • Ali iqtisadi təhsil; 
  • Pərakəndə ticarət sektorunda iş təcrübəsi; 
  • İngilis və Rus dilləri üzrə orta səviyyədə biliklər; 
  • Yaxşı inkişaf etmiş ünsiyyət bacarıqları və müştəri yönümlülük; 
  • Analitik düşünmə qabiliyyəti; 
  • Hesabatların hazırlanması və təqdim edilməsi bacarığı. 

Maraqlanan namizədlər [email protected] email ünvanına "Alıcı" başlığı ilə müraciət edə bilər.

Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.