İşin təsviri
Əsas vəzifə öhdəlikləri:
- Nəzarət planının hazırlanmasında iştirak etmək;
- Biznes proseslər üzrə testlərin aparılması;
- Planın icrası çərçivəsində müəyyən olunmuş prosedurları həyata keçirmək (biznes proseslərin sahibləri ilə müsahibələr keçirmək, məlumatı toplamaq, əldə olunan məlumatı təhlil etmək və s.) və aşkar olunmuş çatışmazlıqlar haqqında rəhbərə məlumat vermək;
- Aparılmış təhlillər və müsahibələr barədə yazılı iş sənədi hazırlamaq;
- Monitorinq nəticələri barədə hesabatların hazırlanmasında iştirak etmək;
- Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün hazırlanmış tədbirlər planın icrasının monitorinqini keçirmək;
- Daxili Nəzarət funksiyasının rəhbərinin tapşırığı ilə funksiyanın fəaliyyəti ilə bağlı icmal hesabatların hazırlanmasında iştirak etmək;
- Nəzarətində olan əməkdaşlara təlim keçmək, məsləhətlər vermək
- Ezamiyyələrdə iştirak etmək imkanı.
Təcrübə:
- Bank və ya maliyyə institutlarından birində daxili nəzarət, daxili audit və ya risk funksiyalarında minimum 3 il iş təcrübəsi.
Peşəkar kvalifikasiya:
- Ali iqtisadi Təhsil
- CIA, ACCA sertifikatları olan namizədlərə üstünlük verilir
Bacarıqlar:
- Bank əməliyyatları barədə mükəmməl biliklər
- Öz vaxtını effektiv şəkildə planlama, idarəetmə bacarığı
- Analiz qabiliyyəti
- Komanda işi
- Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları) ilə işləmək bacarığı.
- Azərbaycan və İngilis dillərini işgüzar səviyyədə mükəmməl bilməli
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] email ünvanına 17 Noyabr 2021-ci il tarixinədək göndərə bilərlər.Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Daxili Nəzarət” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.