İşin təsviri
Tələblər:
- Ali hüquq bakalavr təhsili (magistr təhsili arzu olunandır)
- Hüquq sahəsində iş təcrübəsi;
- Əla səviyyədə hüquqi Azərbaycan dili, Rus dili, İngilis dili biliyi;
- Azərbaycan Respublikası mülki, əmək, inzibati, mülki-prosessual qanunvericiliyi üzrə biliklər;
- MS Office (Word, Excel) proqramında sərbəst işləmək bacarığı;
- Analitik təhlil etmə qabiliyyəti;
- İşə yaradıcı və təşəbbüskar yanaşma;
- Təqdim edilən CV-lərin ana dilində tərtib edilməsi.
Vəzifə funksiyaları:
- İdxal, ixrac, alqı-satqı, podrat və s. müqavilələrin, onlara əlavələrin, aktların, protokolların, arayışların, məktubların və s. hüquqi sənədlərin tərtibi və hüquqi ekspertizası;
- Müəssisədaxili korporativ idarəetmə məsələlərində zəruri hüquqi dəstəyin göstərilməsi;
- Hüquqi rəylərin verilməsi;
- Hüquqi sorğuların cavablarının hazırlanması;
- Müəssisənin struktur bölmələrində mövcud olan hüquqi problemlərin araşdırılması və işçilərin təlimatlandırılması prosesində iştirak;
- Şirkətə daxil olan məktublara rəsmi cavab hazırlamaq, müxtəlif qurum və müəssisələrə məktubları hazırlanması;
- Müəssisənin məhkəmədə təmsil edilməsi, bu məqsədlə iddia ərizələrinin, məktubların və digər hüquqi sənədlərin hazırlanması;
- Vəzifəsinə uyğun olaraq rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirilməsi.
İş yeri: İçərişəhər, Vəli Məmmədov, 1/3 (Polşa Səfirliyinin yanı)
Maaş: 1000 Azn
Tel: 0125056810/11