Maliyyə ixtisaslaşması bölməsinin meneceri

  • Barattson
  • Elanın qoyulma tarixi: 27.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Təlim kursları proqramlarını hazırlamaq, kursun ilkin təqdimatını etmək, təlimin tanıtımı ilə bağlı planlaşdırmanı aparmaq
  • Bölmə üçün müəyyən olunmuş aylıq və illik hədəflərə qoyulmuş vaxt çərçivəsində çatmaq
  • Tələbə - müəllim problemlərinə nəzarət, tələb olunduğu halda müdaxilə etmək,
  • Müəllimlərin təyin olunmuş proqram çərçivəsindən kənara çıxmamalarına nəzarət etmək
  • Tədbir və seminarları öncədən planlaşdırmaq və aylıq/illik marketinq planını hazırlanması üçün marketinq üzrə məsul şəxsə müvafiq məlumatları vermək
  • İdarə etdiyi bölmənin əməkdaşlarının öz vəzifə öhdəliklərini keyfiyyətlə yerinə yetirmələrinə, davamiyyətlərinə və Daxili intizam qaydalarına və şirkətin digər siyasət və təlimatlarına riayət etmələrinə nəzarət etmək
  • Bölmə üzrə tələbə ödənişlərinə ümumi nəzarət etmək və ödənişlərin vaxtında ödənilməsini təmin etmək
  • Tələb olunduqda təşkilatın layihələrində iştirak etmək

Əsas tələblər:

  • Ali təhsil (maliyyə sahəsi üzrə üstünlükdür)
  • CFA və ACCA haqqında biliklər (Maliyyə sahəsi üzrə sertifikatların olması üstünlükdür)
  • Operativ işləmə bacarığı
  • İdarəetmə təcrübəsi ( 1 ildən artıq)
  • Ünsiyyət bacarığı
  • Ms Office proqramlarında işləmə bacarığı, xüsusilə MS Excel
  • Dil bacarıqları: Azərbaycan dili - əla səlis, İngilis dili – “upper intermediate”, Rus dili biliyi üstünlükdür

İş qrafiki : 6 iş günü
Əmək haqqı: 700 AZN + bonus

Namizədlərdən CV formaların mövzu hissədə mütləq vəzifənin adı “Maliyyə ixtisaslaşması bölməsinin meneceri” qeyd olunmaqla göndərməkləri xahiş olunur.

CV-in son göndərilmə tarixi: 15.11. 2021-ci il.

İşəgötürənin reytinqi