İşin təsviri
                
                
                                
                Vəzifə öhdəlikləri:
	- Satınalma sifarişlərinin qəbulu və icra edilməsi
 
	- Bazar araşdırmalarının aparılması, yeni tədarükçülərin tapılması
 
	- Tender və təkliflər sorğusu əsasında qiymət sorğularının keçirilməsi
 
	- Tədarükçülərin seçimi və qiymətləndirilməsi üçün tabe olduğu rəhbərliyə sorğu üzrə müqayisə cədvəllərinin ( Bids Summary ) təqdim edilməsi
 
	- Tədarükçülərlə müqavilələrin bağlanması, müqavilə şərtlərinin müəyyən edilməsi və müqavilə şərtləri üzrə öhdəliklərin vaxtında icra edilməsinə nəzarət edilməsi
 
	- Satınalma sifarişlərinin 1C proqramına daxil edilməsi və 1C də müvafiq əməliyyatların icra edilməsi
 
	- Struktur daxili müvafiq hesabatların hazırlanması, rəhbərə təqdim edilməsi və hesabat fayllarının vaxtı-vaxtında yenilənməsi
 
	- Satınalma prosesində baş verə biləcək uyğunsuzların idarə edilməsi və həll yollarının tapılması
 
Namizədə dair tələblər:
	- Mövcud sahədə ali təhsil;
 
	- Satınalma sahəsində 2 illik iş təcrübəsi ( ehtiyat hissələri üzrə çalışmış əməkdaşlara üstünlük veriləcək);
 
	- MS Office və 1C proqramları üzrə bilik- yaxşı səviyyədə.
 
	- Xarici dil biliklərinin olması arzu ediləndir;
 
	- Ezamiyyətə göndərilə bilər;
 
	- Sürücülük vəsiqəsi ve şəxsi avtomobili olan namizədlərə üstünlük veriləcək.
 
İş şərtləri:
	- Əmək haqqı: 800-1000 azn
 
	- Ünvan: Binəqədi şossesi, Mədən küçəsi 4
 
Maraqlanan namizədlər mövzu yerində “Daxili satınalma üzrə mütəxəssis” yazmaqla öz CV- lərini [email protected] email adresinə göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər interyuya dəvət olunacaqlar.