Data Scientist

  • Ferrum Capital
  • Elanın qoyulma tarixi: 26.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Hansı özəlliklərə malik olmalıdır?

  • Kompüter elmləri, statistika, riyaziyyat, əməliyyat tədqiqatları və ya müvafiq texniki fənlər üzrə minimum bakalavr dərəcəsi
  • Maşın öyrənməsi, statistika, optimallaşdırma və ya əlaqəli sahə üzrə adekvat bilik
  • R, Python, Matlab, VBA və statistik paketlərlə iş təcrübəsi
  • Təkmil iş SQL biliyi və əlaqəli verilənlər bazaları ilə işləmək təcrübəsi, sorğuların hazırlanması (SQL), eləcə də müxtəlif verilənlər bazaları ilə iş tanışlığı
  • Mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları və funksional qruplarda işləmək istəyi
  • Maliyyə xidmətləri sahəsində təcrübə güclü üstünlükdür
  • Müstəsna problem həll etmə və danışıqlar aparmaq bacarığı

Data Scientist nə iş görür?

  • Analitik sistemlərin qurulması üçün müvafiq olan məlumatları daxil edərək məlumatların toplanması prosedurlarının təkmilləşdirilməsi
  • Təhlil üçün istifadə olunan məlumatların emalı, təmizlənməsi və bütövlüyünün yoxlanılması
  • Yeni məlumat mənbələrinin və məlumat toplama üsullarının effektivliyini və düzgünlüyünü qiymətləndirilməsi
  • Effektiv qərar qəbulu üçün həll yolları təklif etmək və bu sahədə bizneslə sıx əməkdaşlığın edilməsi
  • Analitik alətlər və üsulların ən yaxşı uyğunluğunun araşdırılması, qiymətləndirilməsi və müəyyən edilməsi
  • Xüsusiyyətlərin seçilməsi, statistik üsullardan istifadə edərək təsnifatların qurulması və optimallaşdırılması
  • Modellərin buraxılışdan əvvəl və sonra performansına nəzarət edilməsi
  • Miqyaslana bilən həllərin tətbiqi üçün model tərtibatçıları ilə əməkdaşlıq edilməsi

Əlavə məlumat:

  • Bazar ertəsi – Cümə: 09:30 – 18:30
  • Şənbə: 10:00 – 14:00

Zəhmət olmasa [email protected] email adresinə CV-nizi mövzu hissəsində “Data Scientist” qeyd etməklə göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi