İşin təsviri
İş barədə məlumat:
- Sahənin istehsal təsərrüfat fəaliyyətinə rəhbərlik edir.
- Müəyyən edilmiş vaxt ərzində obyektlərin verilməsi planını və tikinti quraşdırma işlərininncəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini, layihə sənədlərinə,ntikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməlnolunmasını təmin edir.
- İşin mexanikləşdirilməsi səviyyəsinin yüksəldilməsini, yeni texnikanın tətbiqini, əməyinmtəşkilinin təkmilləşdirilməsini tikinti quraşdırma işlərinin maya dəyərinin aşağınsalınmasını, materialların qənaətlə işlədilməsi üçün tədbirləri həyata keçirir.
Tələblər:
- Ali təhsil (Sənaye və mülki tikinti).
- Tikinti layihələrində ən az 3 illik təcrübə.
- Məsuliyyətli, dəqiq və peşakar.
- Azərbaycan Respublikasının ərazisində mövcud tikinti norma və qaydaları, eləcə də, müvafiq normativ hüquqi aktlarını bilməli.
- Ms Office(Outlook, Word, Excel), Autocad proqramlarında işləmə bacarığı.
- Dil bilikləri : Azərbaycan və rus dilində səlis danışa bilməli ,ingilis dilini orta səviyyədə.
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinəbmühafizənin norma və qaydalarını bilməli.
- İqtisadiyyatın, eləcə də istehsalatın, əməyin, idarəetmənin təşkilinin əsaslarını bilməli.
İş şəraiti:
- İş qrafiki: Həftənin 1-5 günləri : 08:00-dan 17:45-dək, Şənbə günü : 08:00-dan 16:00-dək.
- Nahar şirkət tərəfindən verilir.
- AR Əmək məcəlləsinə uyğun olaraq əmək müqaviləsi bağlanılır.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzü yerinə Tikinti üzrə iş icraçısı yazaraq göndərilməsi xahiş olunur.
Tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.
Sizi öz kollektivimizdə görməyə şad olarıq!