Radiotezlik spektrinin idarə edilməsi departamentinin müdiri

  • Elanın qoyulma tarixi: 24.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək funksiyaları:

  • Departamentə rəhbərlik edir və tabe şöbələr arasında iş bölgüsünü aparır.
  • İdarənin ümumi fəaliyyəti çərçivəsində Departamentə aid işlərin planını hazırlayır.
  • Departamentin fəaliyyəti barədə ətraflı hesabatları vaxtaşırı rəhbərliyə təqdim edir.
  • Radiotezlik spektrinin planlanması, radiotezlik resursunun istifadəsi üzrə analitik və ümumiləşdirilmiş məlumatların hazırlanmasını təşkil edir.
  • Radiotezliklərin və  radiotezlik zolaqlarının periodik monitorinqinin  keçirilməsini təşkil edir.
  • Radiotexnologiyalar və radioşüalanma üzrə normativlərin hazırlanması və tətbiqi üzrə işlərin təşkilində istirak edir.
  • Radiotezliklərdən effektiv istifadə üzrə işlərin qurulması, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, eləcə də elektron xidmətlərə keçidin təmin edilməsi üzrə təkliflər verir və bu işlərin icrasını təşkil edir.
  • Radiotezlik spektrinin idarə edilməsi üzrə respublika və beynəlxalq səviyyəli tədbirlərdə rəhbərliyin qərarı ilə iştirak edir.
  • Radiotezliklərin təyinatı, qeydiyyatı, uçotu və ödənişlərinin aparıması işlərinin təkili, bu sahədə avtomatik proqram təminatının  tətbiqi üzrə aidiyyəti depatamentlər və şöbələrlə birgə işləri təşkil edir.
  • Radiotezliklərin və REV-lərin beynəlxalq müdafiəsi və koordinasiyası üzrə işlərinin aparılmasında aidiyyəti şöbənin fəaliyyətini təşkil edir.
  • Radioelektron vasitələrin elektromaqnit uzlaşması üzrə ekspertiza işlərinin təşkili üzrə aidiyyəti şöbənin işini təşkil edir.
  • Radiotezlik və REV reyestrlərinin (məlumat bazaslarının) hazırlanması və periodik yenilənməsi işlərini təşkil edir.
  • İstifadəçilərin reyestrinin periodik yenilənməsini təşkil edir.
  • Radiotezlik spektrinin idarə edilməsi üzrə qanunvericilik aktlarına, qüvvədə olan qərar və qaydalara təlabata uyğun dəyişikliklər edilməsi üzrə təkliflər hazırlayır.
  • Radiotexnolgiyaların perspektiv inkişafı və tezlik resursuna olan perspektiv təlabatlar üzrə dünya praktikası və BTİ tövsiyyələrinə uyğun vaxtaşırı təkliflər hazırlayır.
  • Radioelektron vasitələrinə, radiotezlik resurslarına radionəzarət işlərini təşkil edir.
  • Xidmət göstərən heyətin texniki hazırlığına, əməyin mühafizəsinə,  radiotexnologiyaların yeni nümunələrinin, metodikaların, proqram vasitələrin öyrənilməsinə rəhbərlik edir.
  • İstehsalatla bağlı sənədlərin mövcudluğu, vəziyyəti və aparılmasına nəzarət edir. İlkin uçot və hesabat məlumatlarının düzgün və vaxtlı-vaxtında tərtib olunmasını təmin edir.

Vəzifənin tutulmasına dair tələblər:

  • Təhsili - ali
  • İş təcrübəsi - Radiorabitə sahəsində fəaliyyət göstərən müəssisələrdə ən azı 3-5 illik mühəndis stajı (müxtəlif dərəcəli mühəndis və mütəxəssis vəzifələrində) və ya müxtəlif müəssisələrdə radiorabitə üzrə bölmələrdə azı 7 il iş təcrübəsi, Radiorabitə fəaliyyəti üzrə rəhbər vəzifədə  (şöbə, sektor müdiri) ən azı 1 illik  fəaliyyət  stajı və ya texniki ali təhsil müəssisələrində radiotexnika və radiorabitə üzrə müəllim kimi iş təcrübəsi
  • Dil bilikləri-azərbaycan dilini və qrammatikasını-yüksək səviyyədə, ingilis və rus dillərini yaxşı səviyyədə bilməli
  • MS Office proqramlarında işləmə bacarığı- Ofis proqramlarını yüksək səviyyədə, əlavə xüsusi texniki və  kommunikasiya üzrə kompüter proqramlarını  orta səviyyədə.

Vəzifəyə dair tələb edilən bacarıqlar:

  • Radiotexnika və radiorabitə sahəsində nəzəri və praktiki biliklərə sahib olmalı,  
  • Radiodalgaların yayılması və radiotezlik spektri barədə nəzəri və praktiki bilikləri olmalı
  • İdarəetmə, rəhbərlik, təşkilatçılıq və menecment üzrə səriştəsi və bacarığı olmalı
  • Radiotezlik spektrinin bölünməsi, ayrılması, təyinatı üzrə beynəlxalq təcrübəni bilməklə aidiyyatı beynəlxalq təşkilatlarla işləmək səriştəsi olmalı
  • Radiotezlik spektrinin idarə edilməsi üzrə Azərbaycan Respublikasının qanunvericilik aktlarını bilməli və bu sahədə mövcud qərar və qaydaların tətbiq edilməsini bacarmalı 
  • Müasir radiorabitə texnologiyaları, eləcə də bu sahədə perspektiv texnolgiyalar barədə vaxtaşırı informasiya əldə etmə bacarığı olmalı
  • Radiorabitə vasitələrinin istismarını, radiorabit üzrə texnoloji prosesləri, rabitənin təşkili və qurulması sxemlərini, radiotexniki vasitələrin əsas texniki xüsusiyyətlərini, funksional  sxemlərini, şüalanma normalarını bilməli   
  • Anoloji beynəlxalq radiotezlik tənzimləyici qurumların qabaqcıl iş təcrübəsini, fəliyyətin elmi təşkilinin, istehsalat və idarəetmənin əsaslarını mütəmadi öyrənməli

tərəfindən digər vakansiyalar