İstehsalat üzrə məsləhətçi

İşin təsviri

Namizədə Tələblər:

  • Balıqşünaslıq, İxtiologiya və buna uyğun sahələr üzrə ali təhsil mütləqdir;
  • 2 il bu sahədə iş təcrübəsi;
  • Mükəmməl Azərbaycan dili, Rus dili və İngilis dili arzuolunandır;
  • Qida sənayesində təcrübə;
  • Balıq istehsalına aid yüksək biliklərə malik olmalı, qida sənayesində qəbul olunan sanitar və gigiyenik normaları bilmək;
  • Balıqçılıq, akvakultura, ixtioloigiya üzrə sertifikatlar;
  • Təşkilatçılıq qabiliyyəti, nəticəyə yönəlik fəaliyyət.

Vəzifə üzrə öhdəliklər:

  • AFF-ə aid balıqçılıq təsərrüfatlarında balıqartırma və balıqyetişdirmə üzrə işlərin təşkilində iştirak edir;
  • Təsərrüfatlarda müxtəlif növ və yaş qrupuna aid balıqların artırılması, böyüdülməsi və yetişdirilməsində istifadə olunan biotexniki normativlərə riayət olunmasına nəzarət edir;
  • Balıqların yemlənməsi və yem rasionun hazırlanması üzrə məsləhətlər verir;
  • Balıqların təsərrüfatlar arasında yerləşdirilmə proseslərinə nəzarət edir;
  • Bütün balıqçılıq təsərrüfatlarına texniki və peşəkar məsləhətləri ilə dəstək verir;
  • Təsərrüfatların fəaliyyətini təmin edən bioloji əsaslandırmaların hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
  • Törədici balıqların təbii şəraitdən ovlanıb AFF-ə aid balıqçılıq təsərrüfatlarında yetişdirilməsinə nəzarət edir və bu məsələ ilı bağlı balıqşünaslara məsləhətlər verir;
  • Balıqçılıq infrastrukturunun yaxşılaşdırılması üçün uyğun strategiyaları təklif edir;
  • Peşəkar balıqçılıq üzrə təsərrüfatlarda çalışan işçilərə nəzəri və praktik təlimlər verir;
  • Balıqçılıq Təsərrüfatlarının rəhbərliyinə və işçilərinə texniki tövsiyələr vermək;
  • Təsərrüfatların idarə edilməsi ilə bağlı iş proqramlarının hazırlanmasında və həyata keçirilməsində köməklik etmək;
  • Bioloji əsaslandırılmaya uyğun olaraq fəaliyyətlərin həyata keçirilməsinə köməklik etmək.

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
  • İş yeri: Bakı şəhəri, mütəmadi olaraq regionlara işgüzar səfərlər
  • Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır

Vakansiyaya müraciət üçün CV-ləri “İstehsalat üzrə məsləhətçi” mövzusu ilə göndərməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi