Tender üzrə mütəxəssis

  • Başak Group
  • Elanın qoyulma tarixi: 24.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə aid tələblər:

  • Ali təhsili olmalı;
  • Azərbaycan, rus və ingilis dillərində yaxşı səviyyədə danışıq qabiliyyəti;
  • Təchizat, satış və tender sahəsində iş təcrübəsi 2-3 ildən artıq;
  • Kompüter biliklərinə sahib olan;
  • Microsoft Ofis proqramlarını yaxşı səviyyədə bilən;
  • Ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır;
  • Dürüstlük və kollektivdə işləmə bacarığı olmalı;
  • Məqsədinə çatmaq üçün hərəkətli iş rejimində çalışa bilən;
  • Yüksək məsuliyyət, diqqətcil olmaq.

Vəzifə təlimatları:

  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
  • Satınalmalar üzrə müsabiqələrin (açıq-qapalı tender, təkliflər sorğusu, kotirovka sorğusu və s.) təşkili, satınalmaların həyata keçirilməsi ilə bağlı sənədləşmələrin aparılması 
  • Tender üzrə tələb olunan sənədlərin, protokolların operativ şəkildə hazırlanması, sənədlərin qeydiyyatın aparılması;
  • Tender prosesi ilə bağlı yazışmaların, danışıqların aparılması;
  • Tələblərin təhlil edilməsi və rəhbərliyə çatdırılması;
  • Tender prosesi zamanı şirkətin təmsil olunması;
  • Müqavilələr üzrə danışıqların aparılması;
  • Bazar qiymətlərinin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
  • Müştəri bazasının genişləndirilməsi;
  • Tender proseslərinin gedişi haqqında həftəlik və aylıq hesabatların hazırlanması;
  • Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı.

İş qrafiki:

  • Həftə içi 5 gün saat 09:00-18:00, şənbə qısaldılmış iş rejimi. 
  • Nahar şirkət tərəfindən verilir,
  • Korporativ nömrə,
  • Əmək haqqı 700-1000 manat.

Tələblərə uyğun şəxslər CV-lərini mövzu hissəsinə Tender üzrə mütəxəssis” yazaraq göndərə bilərlər.