Hüquqşünas

  • Gəmiqaya Turizm
  • Elanın qoyulma tarixi: 24.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifələri:

  • Müəssisənin bütün işgüzar siyasət və fəaliyyətinin müvafiq qanunvericiliyə uyğunluğunu təmin etmək;
  • Müvafiq əsasnamə, qayda, təlimat, protokol və hüquqi rəy tələb olunan digər sənədlərin qanunvericiliyə uyğunluğunu yoxlamaq və viza vermək;
  • Cari qanunvericilik haqqında Cəmiyyətin fəaliyyətinə aid işçilərə sorğu və məsləhətlər, eləcə də təşkilati-hüquqi və başqa hüquqi məsələlərə rəylər vermək;
  • Hüquqi sənəd (məktublar və s.) və müqavilələri tərtib etmək və hüquqi ekspertizanı həyata keçirmək;
  • Texniki vasitələrdən istifadə etməklə qüvvədə olan qanunvericilik və başqa normativ aktlar, onlara əlavələr və dəyişikliklər və ya onların ləğv olunması haqqında məlumatları müfaviq bölmələrə çatdırmaq;
  • Başqa bölmələrin sorğusu əsasında Cəmiyyətdə müxtəlif əmr və digər normativ sənədlərin hazırlanmasını təşkil etmək, qüvvədə olan sənədlərə dəyişikliklər etmək və qüvvəsini itirən sənədlərin ləğv edilməsi haqqında təkliflər hazırlamaq;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablar hazırlamaq;
  • Müəssisənin fəaliyyəti çərçivəsində ortaya çıxmış hüquqi məsələlərə dair rəylərin hazırlanmasında iştirak etmək;
  • Müəssisənin fəaliyyətini tənzimləyən bütün növ qərarlara, əmr və sərəncamlara, daxili normativ aktlara hüquqi rəy vermək;
  • Hər hansı mübahisəli məsələlər ilə bağlı məhkəməyə qədər zəruri tədbirlər görmək;
  • Cəmiyyəti məhkəmə və hüquq-mühafizə, habelə digər dövlət orqanlarında təmsil etmək.

Tələblər:

  • Təhsil dərəcəsi: Bakalavr
  • Hüquq sahəsi, hüquqşünas
  • Təcrübə: Ümumi ən az 5 il , sahə üzrə ən az 3 il,
  • Məsuliyyətlilik
  • Ünsiyyət qurmaq bacarığı
  • Etibarlılıq
  • Detallara fikir vermək qabiliyyəti
  • Azərbaycan dili( doğma dil), Rus dili və İngilis dili arzu olunandır
  • Kompüter proqramları: MS Office

Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunur.

Müraciət edərkən vəzifənin adını email-in mövzü hissəsində “Hüquqşunas” qeyd edərək CV-nizi göndərməyiniz xahiş olunur.