Restoranlar üzrə PR və Marketinq Meneceri

  • Gəmiqaya Turizm
  • Elanın qoyulma tarixi: 21.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Bazar araşdırmaları aparılması və müştəri ehtiyaclarının müəyyənləşdirilməsi;
• Satış analizlərinin həyata keçirilməsi və rəqiblərlə müqayisəli analizlərin aparılması;
• Satış kampaniyalarının təşkil edilməsi;
• Satış nöqtələrinin izləyici sayını artırmaq üçün Sosial Media üçün məqsədlər hazırlamaq;
• PR və Marketinq sahəsində görüləcək işlərin planlaşdırılması, tətbiq olunması və hesabatların hazırlanması;
• Reklam roliklərinin və fotosesiyaların vaxtında təşkil olunması;
• Reklam üçün büdcənin planlaşdırılması;
• Social şəbəkələr üzrə görüləcək işlərin planı;
• Mediaya, qonaqlara, müştərilərə, tərəfdaşlara və təşkilatın digər əməkdaşlarına təkbətək və qrup vəziyyətlərində effektiv şəkildə məlumatı təqdim etmək və təqdim etmək bacarığı;
• Gələn məktublara və rəylərə vaxtında reaksiya;

Əsas tələblər:

• Ali təhsil (Marketinq, Biznesin idarəedilməsi, Kommersiya);
• İş stajı: 3-5 il ( Restoran sahəsinə üstünlük verilir);
• Azərbaycan və Rus dillərində sərbəst ünsiyyət qurmalı; (ingilis dili arzu olunandır);
• MS Office proqramlarında işləmə bacarığı;
• Güclü idrəetmə bacarığı;
• Strateji yanaşma, planlama və təşkilatçılıq;
• Müştəri yönümlülük, fərdi yanaşma bacarığı;
• Ədalətlilik və düzgünlük;
• Ünsiyyət və satış bacarığı;
• Analitik düşünmə, analiz etmə, diqqətlilik;

Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunur.

Müraciət edərkən vəzifənin adını email-in mövzü hissəsində “PR və Marketinq üzrə menecer” qeyd edərək CV-nizi [email protected] ünvanına göndərməyiniz xahiş olunur.