Tələbələrlə iş üzrə administrator

  • StudyLab
  • Elanın qoyulma tarixi: 24.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şagirdlərin tədris prosesini təşkil edir və ona rəhbərlik və nəzarət edir;
  • Fənn müəlimlərinin fəaliyətinə rəhbərlik və nəzarət edir.
  • İllik fəaliyyət planı hazırlayır.
  • Şagird və müəlimlərin daxili nizam-intizam qaydalarına riayət olunmasını təmin edir.
  • Yeni təhsil-texnologiyalarını və metodlarını tətbiq olunmasına imkan yaradır.
  • Tədris işlərindəki problemləri, onların nəticələri və həllərini; şagird və müəlim fəaliyətinin nəticələri və inkişaf perspektivlərini, iştirak etdiyi dərslərin və digər fəaliyyətlərin forma və mahiyətini analiz edir.
  • Cəmiyyətdə və Təhsildə baş verən dəyişiklikləri izləyir və uyğun olaraq, mərkəzin inkişaf strategiyasında müvafiq düzəlişləri təklif edir;
  • Tədris proqramlarının tətbiq edilməsini; Sınaq imtahanların təşkili və keçirilməsini təmin edir;
  • Hesabat sənədləşmələrinin hazırlanmasını, şagirdlərin qiymətləndirilməsinin obyektivliyini, dərs müşahidələrini, valideynlərlə ünsiyyət işini təşkil edir.
  • Yeni tələbələrin dərslərə başlama prosesini idarə etmək (qrafikin seçilməsi, dərs planının tərtib edilməsi). Tədris qruplarının başlamasının/ bitməsinin təşkili.
  • Cari tələbələrin tərəqqisini idarə etmək (gündəlik zənglər və tələbələr ilə görüşlər, CRM sistemi ilə işləmək). Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar cavablandırılması;
  • Təlimlər üzrə post-satış üzrə planı yerinə yetirmək (əsas kursların uzadılması və cari tələbələr tərəfindən əlavə kursların alınması və s.)
  • Pul vəsaitlərinin qaytarılmasının qarşısının alınması üzrə etirazlar ilə işləmək
  • Şirkətin keçirdiyi tədbirlər, aksiyalar, xüsusi təkliflər və endirimlər haqqında müştərilərin məlumatlandırılması.
  • Auditoriyaların məşğələlərə hazırlanması, Siniflərin lazımi avadanlıq və vəsaitlərlə təminatını.
  • Hüquqi və maliyyə sənədlərinin rəsmiləşdirilməsi (müqavilələr, hesablar və s.)
  • Məhsulumuzu təşviq edən müxtəlif marketinq fəaliyyətləri və kampaniyalarda iştirak
  • Ofisin iş üçün zəruri olan dəftərxana ləvazimatları, istehlak materialları və digər inventar əşyaları ilə təmin edir, müəllimlər arasında saxlanılmasını, bölüşdürülməsini və sadalanan dəyərlərdən səmərəli istifadəsini təmin edir;
  • Potensial müştərilərin cəlb edilməsi üçün telefon zənglərinin edilməsi;
  • Müştərilərin təhsil məhsulları barədə istəklərinə uyğun olaraq düzgün seçim etməkdə köməklik göstərilməsi;
  • Təhsil məhsullunun və müştəri haqqında olan informasiyanın və məlumatların müvafiq baza sisteminə daxil edilməsi; 
  • Tələbə məmnunluğu sorğularının təşkili, analizi və problemlər üzərində iş
  • Həftəlik, aylıq, rüblük hesabatları təqdim etmək;
  • Komanda ilə aktiv əməkdaşlıq etmək və Şirkətin fəaliyyətlərində yaxından iştirak etmək;

Namizədə tələblər:

  • Yüksək IQ səviyyəsi və dünyagörüşü olan, məqsədyönlü, inkişaf etmək arzusunda olan;
  • Əla kommunikator, insanlar ilə ünsiyyət qurmağı sevən;
  • Potensial müştəriləri əsl müştərilərə çevirməyi bacaran peşəkar;
  • MS Office (Word, Excel) proqramları üzrə biliklər
  • Ali təhsil müəssisəsinin məzunu olmaq;
  • Məsuliyyətli, öz iş vaxtını müstəqil idarə edə bilən;
  • Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi.
  • Azərbaycan dilində səlist danışan/yazan (rus və ingilis dili bilikləri olanlara üstünlük verilir);
  • Ciddi, səbirli, xoş görünüşlü və komanda halında işləməyi bacarmalı, intizamlı və işinə qarşı məsuliyyətli olmalı; Yüksək təşkilatçılıq bacarığı;

Şərtlər:

  • Ödəniş: əmək haqqı+ işin nəticələrinə görə bonuslar
  • Rahat yerdə yerləşən rahat ofis. Laptop ilə təchiz olunmuş iş yeri;
  • İş qrafiki fərdi qaydada müəyyən edilir (10:00-19:00/ 12:00-19:00)
  • İş qrafiki 6 gün, (bir gün istirahət).
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi
  • Əmək haqqı fərdi olaraq müzakirə olunur.
  • İş yeri : “StudyLab” Mərkəz Ofis / Ünvan: Cəlil Məmmədquluzadə 102A, City Point Baku

Müraciət qaydası:  e-mailin mövzu hissəsində vəzifə adını – “TƏLƏBƏLƏRLƏ İŞ ÜZRƏ ADMİNİSTRATOR” yazıb CV göndərməklə müraciət edilir.