Bizness proseslərinin eksperti

  • Rabitabank OJSC
  • Elanın qoyulma tarixi: 21.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifələr:

Bankdaxili təlimat, qayda və iş prosedurlarının təkmilləşdirmək üçün təkliflər hazırlamaq, aidiyyəti struktur bölmələrlə razılaşdırmaq;
Satış sahəsi üzrə müştəriyə daha keyfiyyətli və operativ xidmətlərin göstərilməsi üçün bank proqramında proseslərin optimallaşdırılmasını həyata keçirmək;
Bankın satış sahəsi üzrə biznes prosseslərin optimallaşdırılması üçün texniki tapşırıqlar yazmaq;
Satış sahəsi üzrə müştərilərə daha keyfiyyətli və operativ xidmətlərin göstərilməsi üçün təlim materialları hazırlamaq və təlimlər keçirmək;
Özünün çalışdığı müvafiq sahəyə aid olan Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərini, eləcə də Bankdaxili normatıv sənədləri (qayda, təlimatlar, siyəsətlər və s.) bilmək və onlara riayət etmək;
Xarici və daxili işçi qrupları ilə işgüzar ünsiyyətlər aparmaq;

Namizədə olan tələblər:

Ali təhsil;
Bank sektorunda /Əməliyyat bölməsində ən azı 3 il iş təcrübəsi;
Digər strukturlarla yüksək ünsiyyət və əməkdaşlıq qabiliyyəti;
Analitik düşüncə, texniki tapşırıqların strukturlaşdırılmış qaydada yazılması qabiliyyəti;
Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
Yüksək kommunikasiya, təqdimetmə və yazılı ünsiyyət qabiliyyəti;
Təşəbbüskarlıq, yaradıcıllıq və innovasiyalara meyillik;
Öyrənməyə və şəxsi inkişafa meyillilik;
Azərbaycan, Rus və İngilis dili üzrə biliklər.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Bizness proseslərinin eksperti” göstərməyiniz xahiş olunur.

Əlaqə vasitələri:

Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

İşəgötürənin reytinqi