İşin təsviri
Vəzifə öhdəlikləri:
- Tələbələrin viza müraciət prosesinin tam şəkildə idarə olunması;
- Viza sənədlərinin hazırlanması, yoxlanılması və düzgün şəkildə təqdim olunmasının təmin edilməsi;
- Konsulluq və səfirliklərlə yazışmaların aparılması;
- Tələbələrə viza prosesi ilə bağlı fərdi məsləhətlərin verilməsi;
- Müvafiq qanunvericilik və dəyişiklikləri izləmək, şirkəti məlumatlandırmaq.
Tələblər:
- Ali təhsil (hüquq, beynəlxalq münasibətlər və ya əlaqəli sahələr üstünlükdür);
- Xarici ölkələrin viza qaydaları barədə bilik;
- Ən azı 1 il müvafiq sahədə iş təcrübəsi;
- Azərbaycan və ingilis dili (minimum C1 səviyyəsi) mükəmməl yazı və danışıq bacarığı (rus dili üstünlükdür);
- Dəqiqlik, məsuliyyətlilik və detallara diqqət.
Şirkət təklif edir:
- Əməkhaqqı: 900 AZN + (namizədin təcrübəsinə uyğun);
- Dinamik və peşəkar komandada işləmək imkanı;
- Karyera inkişafı və təlimlərdə iştirak dəstəyi;
- Rahat iş mühiti və stabil iş yeri.
İş yeri: Demirchi Tower, 21-ci mərtəbə, Bakı
Müraciət üçün: CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.