Biznes kreditlərinin təhlili şöbəsinə aparıcı/baş mütəxəssis

  • ABB ASC
  • Elanın qoyulma tarixi: 21.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Görəcəyiniz işlər:

• Kiçik və Orta sahibkarlıq subyektlərinin kredit və qarantiya sifarişlərinin təhlili və qiymətələndirilməsi, rəyin formalaşdırılması Sifarişlərin Kredit Komitəsinə təqdim edilməsi və müdafiəsi
• Kiçik və Orta sahibkarlıq seqmenti üzrə kredit portfelinin keyfiyyətinin təhlili və nəzarət;
• Kredit gecikmələrinin ilkin təqibi və gecikmə səbəblərinin təhlili
• Kiçik və Orta Sahibkarlıq subyektlərini üçün nəzərdə tutulmuş cari məhsul və xidmətlərin təkmilləşdirilməsi üçün bazarın araşdırılması və təkliflərin verilməsi
• Filial əməkdaşları ilə kommunikasiyanın qurulması

Bizim üçün uyğun namizəd:

• Ali iqtisadi təhsilli ;
• Maliyyə təhlili, monitorinq bilikləri və bank qanunvericiliyi ilə bağlı bilikləri olan;
• Sahə üzrə 1-3 il iş təcrübəsi olani;
• Analitik düşüncə və ünsiyyət qurma qabiliyyəti olan şəxsdir.
• İngilis və rus dillərini bilən namizədlərə üstünlük verilir.

Əgər axtardığımız namizəd sizsinizsə CV-nizi [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Biznes kreditlərin təhlili üzrə aparıcı/baş mütəxəssis” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

İşəgötürənin reytinqi