Baş energetik

İşin təsviri

Bizim üçün uyğun namizəd:

- Ali təhsilli (Energetika və ya Avtomatika mühəndisliyi);
- Müvafiq sahədə ən azı 10 il iş təcrübəsi;
- Elektrik qurğularının və enerji avadanlıqlarının qurulması və istismarı qaydaları;
- Sənaye avadanlıqlarının istehsal gücü, texniki xarakteristikası, konstruktiv xüsusiyyətləri, iş rejimi, onların istismar qaydaları;
- Enerji (elektrik,qaz,su) təminatı sahələrində qüvvədə olan qanunvericiliyinin tələblərini;
- Elektrik qurğularının quraşdırılması və istismarı zamanı texniki təhlükəsizlik qaydaları;
- Avtomatika sistemləri,kompressor və generatorların təhlükəsiz ististmarı ilə bağlı tələb edilən texniki təhlükəsizlik qaydalarını bilməlidir.

Hansı işləri görəcəksiniz:

- Müəssisənin yüksək gərginlikli yarımstansiyalarının və digər elektrik avadanlıqlarının illik təmir qrafiklərinin tərtib edilməsi, razılaşdırılması və təsdiq edilməsi;
- Müəssisənin binalarının, qurğularının və dəzgahların torpaqlanma sisteminin yoxlanılması qrafiklərinin tərtib edilməsi və təsdiq edilməsi;
- Avtomatika sistemləri,kompressorlar və generatorların illik texniki xidməti ilə bağlı təmir qrafiklərinin tərtib edilməsi, razılaşdırılması və təsdiq edilməsi;
- Elektrik avadanlıqlarının Yüksək Gərginlik sınaqları, rele mühafizəsinin yoxlanılması qrafiklərinin tərtibi və təsdiq edilməsi;
- Müəssisəni enerji daşıyıcılarla - elektrik enerji, təbii qaz, su (texniki və içməli) təmin edən qurumlarla operativ danışıqların və rəsmi yazışmaların icra edilməsi, müştərək işlərin təşkil edilməsi
- Elektrik qurğularının, su, qaz təchizatları mənbələrinin təmiri və istismarı zamanı təhlükəsizlik qaydalarının norma və təlimatlarının yerinə yetirilməsini təmin etmək;
- Elektrik qurğularında baş verə biləcək qəzaların aradan qaldırılması planlarının hazırlanmasını təşkil etmək;
- Müəssisə üzrə verilmiş əmr və sərəncamları, kompleks planla nəzərdə tutulmuş işlərin yerinə yetirilməsini təmin etmək;
- İstismara yararsız avadanlıqların dəyişdirilməsinin planlaşdırılması və hazırlanmış planın yerinə yetirilməsinə nəzarət etmək;
- Bölmənin istehsalat fəaliyyəti barədə mütəmadi olaraq müəssisə rəhbərliyinə hesabat vermək.

Əlavə məlumatlar:

- Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
- Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 08:00 – 17:00;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Baş energetik” yazaraq 22.11.2021 il tarixinədək [email protected] ünvanına göndərilməsi xahiş olunur.