İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis

  • eManat
  • Elanın qoyulma tarixi: 20.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• İnformasiya təhlükəsizliyi üzrə beynəlxalq standartları araşdırmaq və şirkətə faydalı olan tövsiyələrin tətbiqini qiymətləndirmək
• Informasiya təhlükəsizliyi üzrə strategiyanın təkmilləşdirilməsi üzrə məsləhət və təkliflərini vermək
• Müəyyən olunmuş risklərə əsasən informasiya təhlükəsizliyi siyasət, standart və təlimatları tərtib etmək
• Siyasət və təlimatların əhatə sahəsi üzrə zəiflikləri mütəmadi yoxlamalarla müəyyən etmək
• Fövqəladə insidentləri, informasiya təhlükəsizliyi hadisələri və informasiya təhlükəsizliyi insidentlərini araşdırmaq və onların həlli üzrə təkliflər vermək
• Tətbiq olunan və olunması planlaşdırılan yeni texnologiyalar ilə əlaqədar risklərin müəyyənləşdirilməsi üzrə araşdırma aparmaq, onların aradan qaldırılması üzrə təkliflər vermək
• İT təhlükəsizlik funksiyasının yerinə yetirilməsinə nəzarət etmək, təkmilləşdirmə üzrə təkliflər vermək
• Xarici və daxili audit tədbirlərində iştirak etmək, müvafiq informasiyanın təqdim olunmasını təmin etmək

Texniki tələblər:

• Kompüter Elmləri, İnformasiya Sistemləri üzrə bakalavr və ya magistr dərəcəsi (üstünlük verilir)
• ISO27K, ITIL və ISO20000 üzrə müvafiq sertikatların olması
• İngilis və Rus dili bilikləri (minimal danışıq bilikləri, texniki sənədlərin oxunması)

Bacarıqlar:

• Sənədləri tərtib etmə və işləmə qabiliyyəti
• Analitik təhlil bacarığı
• İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması və prioritetlərin təyin edilməsi üzrə bacarıq
• Komanda şəklində işləmə bacarığı
• Daimi olaraq yeni İT biliklərinin mənimsənilməsi bacarığı və yeniliyə həvəsli olmağı
• Qeyd edilmiş texniki tələblər üzrə bilik və təcrübə səviyyəsi

İş şəraiti:

• Ofis daxili;
• İş rejimi həftənin 5 günü
• Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
• Əmək haqqının 15 gündən bir ödənilməsi;
• Tibbi sığorta təminatının verilməsi;
• Nahar yeməyinin təmin olunması;
• “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;

Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi [email protected] email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis” yazılmalıdır.

İşəgötürənin reytinqi