Vəzifə öhdəlikləri:
• Tikinti proseslərinin idarə edilməsinin təşkil olunması;
• Tikinti qanunvericiliyinə əsasən razılaşdırma sənədlərinin alınmasına lazım olan sənədlərin, məktubların hazırlanması və prosesin idarə edilməsi;
• Layihənin vaxtında və keyfiyyətlə tamamlanmasına cavabdehlik daşıması;
• Tikinti proseslərinin planının, iş qrafikinin və iş həcmlərinin müəyyən edilməsi;
• Tikinti layihəsinin təchizat qrafikinin təşkil edilməsi;
• Tikinti layihəsinin maliyyə hesabatlarının tərtibi, gəlir və mənfəət göstəricilərinin analizi;
• Keyfiyyət parametrlərinə xələl gətirmədən xərclərin optimallaşdırılması və mənfəətin artırılması üçün tədbirlərin həyata keçirilməsi;
• Tikinti layihəsinə cəlb edilmiş subpodratçı təşkilatların və Şirkət daxili əmək qüvvəsinin işlərinin koordinasiyasının təşkil olunması;
• Texnoloji ləvazimat, mühafizəedici vasitələrin eləcə də tikinti maşın və mexanizmlərinin, enerji qurğularının, nəqliyyat vasitələrinin təyinatına uyğun istifadə edilməsini təşkil etmək
• Təqdim olunmuş layihə-smeta sənədlərində olan uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üçün təkliflərin hazırlanması;
• Sifarişçi və layihə təşkilatları arasında koordinasiya funksiyalarının icra olunması;
• Layihə üzrə,müəyyən olunmuş dövr arası və yekun hesabatları tərtib edir və rəhbərliklə razılaşdırılması;
• Tələb olunduqda icraata təqdim edilmiş tikinti layihəsinin smetasının hazırlanması və Baş ofisə təsdiq üçün təqdim edilməsi;
• Sahədə yerinə yetirilmiş tikinti işlərinin Forma-2 sənədlərinin təsdiq olunması;
• Layihə üçün aylıq Forma-2 sənədlərinin hazırlanması və baş ofisə təqdim edilməsi;
• Tabeliyində olan sahə mühəndisləri/iş icraşıları tərəfindən hazırlanmış texniki hesabatların təsdiq olunması və baş ofisə təqdim edilməsi;
• Xarici və ya yerli sifarişçi ilə keçirilən toplantılarda Şirkətin təmsil olunması;
• Sahədə müntəzəm olaraq xüsusi baxış keçirmək, işçi heyətin əmək şəraitini yoxlamaq və aşkar edilən çatışmazlıqların ləğvi üçün tədbirlər görmək;
• Mühəndis-texniki işçilər, briqadirlər və əməyin mühafizəsi üzrə mühəndislər ilə birlikdə təhlükəsizlik texnikası və istehsalat sanitariyası qaydalarının pozulması nəticəsində yaranmış halların araşdırılması haqqında iş aparmaq, və heyəti vaxtlı-vaxtında əməyin təhlükəsizliyinin yüksəldilməsinə yönəldilmiş tədbir və sənədlərin məzmunu ilə tanış etmək;
• Korporativ prosedurlar və təhlükəsizlik qaydaları çərçivəsində rəhbərləri tərəfindən verilmiş digər yazılı və şifahi tapşırıqları icra etmək
Namizədə olan tələblər:
• İnşaat mühəndisliyi üzrə ali təhsil;
• Tikintidə (Bina,Qurğu və Sənaye Təyinatlı Obyektlər) 10 il, rəhbər vəzifədə 5 ildən az olmayan iş təcrübəsi;
• Planlama və yüksək təşkilatçılıq bacarığı;
• Avtomobil idarəetmə bacarığı (B,BC kateqoriyalı).
• Azərbaycan Respublikası Tikinti qanunvericiliyi və tikinti norma və qaydalarına dair biliklərin olması;
• Tikinti sahəsində istifadə olunan materiallar və onların xüsusiyyətləri haqqında geniş məlumata sahib olması;
• MS Outlook; AutoCad, internet, MS Project, PrimaVera proqramlarında işləmə bacarığı;
• Xarici dil biliyi üstünlüyü (İngilis dili, Rus dili,Türk dili);
Təminatlar:
• Rəqabətə Davamlı əmək haqqı;
• Gecələmək üçün yer təminatı;
• Gün ərzində 3 dəfə qidalanma;
• Avtomobil təminatı;
• Rabitə xərcləri;
Qeyd: Daşkəsən rayonu, Tülallar-Zurnabad-Gəncə Qəsəbəsi ( Gəncə şəhəri və ətraf ərazilərdə yaşayan namizədin müraciət etməsi arzu olunandır)
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Layihə Rəhbəri/Project Manager ” qeyd edərək [email protected] elektron ünvanına CV göndərməniz xahiş olunur.