Keyfiyyətə nəzarət sektorunun müdiri

  • AzerGold CJSC
  • Elanın qoyulma tarixi: 17.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

• Təmir-tikinti və energetika işlərinin layihəyə və digər normativ sənədlərə uyğunluğunun yoxlanılması və birbaşa nəzarətinin aparılması;
• Layihələrin normalara uyğun olaraq hazırlanmasına nəzarət etmək;
• Podratçı şirkətlər tərəfindən təqdim edilmiş tikinti aktlarının, jurnalların, hesabatların və digər zəruri sənədlərin, müqaviləyə və normalara uyğunluğunun yoxlanılması;
• Təmir-tikinti və energetika işlərinin bütün mərhələlərində keyfiyyət prosedurlarına nəzarətin təmin edilməsi;
• Təmir-tikinti və energetika işləri üzrə icra edilən işlərin AzDTN-ə uyğun olaraq aktlaşdırılmasına nəzarətin aparılması və yoxlanılması;
• Tikinti-quraşdırma işlərində istifadə olunan materialların keyfiyyətinin yoxlanılması və layihə tələblərinə uyğunluğuna nəzarətin aparılması;
• İcra olunan tikinti-quraşdırma işlərinin standartlara və layihəyə uyğun icra olunmasına nəzarət edilməsi;
• İşin əhatə dairəsi üzrə Təftiş Test Planının hazırlanması;
• Uyğunsuzluq hesabatı və önləyici fəaliyyət hesabatlarının hazırlanmasında və icrasında icraçılarla əməkdaşlıq etmək. Aşkar olunmuş uyğunsuzluq və önləyici hesabatların sistemli olaraq qeydiyyatına və müvafiq düzəliş tədbirlərinə nəzarət etmək;
• Tikinti-quraşdırma işləri zamanı testlərin, nəzarətin və yoxlamaların aparılmasını təmin etmək və sənədləşdirmək;
• Mühəndis kommunikasiya sistemlərinin sınaqdan keçirilməsi və istifadəsi üzrə koordinasiya etmək və sənədləşdirməni aparmaq;
• İşin keyfiyyətinə təsir edən məsələləri həll etmək;
• Ölçü alətlərinin kalibrasiyadan keçirilməsinə, tikintidə istifadə olunan digər avadanlıqlar üzrə müvafiq sertifikatların alınmasına nəzarət etmək;
• Tikinti sahəsinə daxil olan materialların layihə uyğunluğunu yoxlamaq, tələblərə cavab vermədikdə isə materialın qəbulunu dayandırmaq;
• EPC/PMC üzrə şirkətlər tərəfindən icra olunan işlərə nəzarət olunması;
• Podratçı şirkətlər tərəfindən hesabatlılığın təmin edilməsinə nəzarətin aparılması.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət bacarıqları, şəxsi və peşəkar inkişafa yönümlülük.
• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), Rus və İngilis dili (arzuolunandır), AutoCad və Primavera P6 proqramlarında sərbəst işləyə bilmək.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Müvafiq sahə üzrə ali təhsil.
• Keyfiyyətə nəzarət sahəsində (inşaat sektorunda) ən azı 3 il iş təcrübəsi olmalıdır.
• Layihələrin idarəolunması (EPC/PMC) üzrə iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər azergold.az saytının karyera bölməsindən qeydiyyatdan keçərək müraciət edə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi

Seçilmiş iş elanları