Şəbəkə inzibatçısı (network administrator)

  • GSP MMC
  • Elanın qoyulma tarixi: 17.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• LAN/WAN şəbəkəsi və İT infrastrukturunun dizaynı, quraşdırılması və yaranan problemlərin aradan qaldırılması;
• Şəbəkə avadanlıqlarının (Cisco, HP router, switch, və s.) funksionallığını maksimum səviyyədə artırmaq, təhlükəsizlik üçün ətraflı icra planlarını hazırlamaq;
• Router, Switch və Firewall-ları Şirkətin təhlükəsizlik standartlarına uyğun olaraq konfiqurasiya edilməsi;
• Cisco, Mikrotik routerlər, HP və sayrı avadanlıqlar ilə iş təcrübəsi (müvafiq sertifikatlar arzuolunandır);
• FTTH (Gpon, Epon), FTTB (Active Ethernet) şəbəkələrin idarə olunması və strukturun hazılanması;
• L2/L3 - LAN/WAN/SD-WAN şəbəkə texnologiyaları haqqında biliklər və iş təcrübəsi;
• TCP/IP və OSI modeli haqqında dərin biliklər,
• Web Application Firewall üzrə biliklər və iş təcrübəsi,
• İP Telefoniya bacarıqları (Asterisk FreePBX və voip texnologiyaları),
• IPSec / VPN texnologiyaları (site-to-site vpn / remote access vpn) haqqında biliklər,
• Tacacs, RADİUS, ISE avtorizasiya sistemlərinin tətbiqi ilə bağlı iş təcrübəsi,
• Şəbəkə problemlərini müəyyən edib həll etmək;
• Monitorinq sistemi vasitəsilə infrastruktur elementlərinin konfiqurasiyası və monitorinqini aparmaq;
• Şəbəkənin yüklənilməsi və trafikin optimallaşdırılması;
• Avadanlıq və proqram təminatı sistemləri, o cümlədən yeni sistemlərin quraşdırılması və sənədləşdirilməsi;
• İT prosedurları və siyasəti çərçivəsində digər öhdəlikləri icra etmək.

Tələblər:

• Kompüter Elmləri, İnformasiya Sistemləri üzrə bakalavr və ya magistr dərəcəsi;
• Azərbaycan, İngilis və Rus dili bilikləri (danışıq bilikləri, texniki sənədlərin oxunması);
• Server OS-ləri ilə iş üzrə baza bilikləri;
• CCNA / CCNP / CCNA Security sertifikatlarının olması arzuolunandır;
• Tələb olunan sahə üzrə minimum 3 il iş təcrübəsi;
• Analitik təhlil etmə qabiliyyəti;
• Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri operativ həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq.

Səriştələr:

• Məsuliyyətli
• Şəxsi inkişafa meylli
• Pozitiv
• Özünütəşkiletmə qabiliyyəti
• Nailiyyət yönümlülük
• Etibarlılıq
• Dürüstlük

Əlavə məlumat:

• Əmək haqqı razılaşma əsasında;
• İş qrafiki: Beş gün tam iş günləri və altıncı gün natamam iş günü.
• İş yeri: Baki şəhəri, Cəlil Məmmədquluzadə küç.
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Əgər qabaqçıl İnternet Servis Provayderi olan “GSP” MMC-də karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “Şəbəkə İnzibatçısı” mövzusu ilə [email protected] elektron ünvanına göndərə bilərsiniz.