Korporativ satış üzrə mütəxəssis

  • GSP MMC
  • Elanın qoyulma tarixi: 23.12.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

- Şirkətlərə telefon zənglərinin olunması və görüşlərin təyin edilməsi;
- Şirkətlərlə korporativ danışıqların yerində aparılması;
- Onlarla müqavilələrin bağlanması;
- Müştəri bazasının genişləndirilməsi;
- Yeni müştərilərin cəlb edilməsi;
- Potensial müştərilərin axtarışı;
- Müştərilərdən daxil olan məlumatlara operativ reaksiya və bunların rəhbərliyin diqqətinə çatdırılması;
- Gördüyü işlər barədə gündəlik hesabatların hazırlanması;

Tələblər:

- Ünsiyyətcil, işə məsuliyyətli yanaşma, müştərilərlə xoş rəftar;
- Təqdimat edə bilmə və inandırmaq bacarığı;
- Sərbəst, özünə güvənən;
- Səlis danışıq;
- Azərbaycan dili, Rus dili;
- Effektiv ünsiyyət qurma bacarığı;
- Problemi həll etmək bacarığı;
- Analitik və yaradıcı düşünmə bacarığı;
- Professional araşdırma və – tədqiqat etmə bacarığı;
- Rəhbərliyin müvafiq tapşırıqlarını yerinə yetirmək.

İş qrafiki:

- Həftədə 5 gün 09:00 - 18:00, nahar: 13:00-14:00-dək.
- Əmək haqqı razılaşma yolu ilə.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adı “Korporativ satış üzrə mütəxəssis” şəklində göstərilməlidir, əks halda müraciətlərə baxılmayacaqdır. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.