Economist

  • Təşkilat
  • Elanın qoyulma tarixi: 17.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Job responsibilities:

• Analyze the economic models and financial reports of PSAs and strategical projects, review economic indicators and prepare internal reports;
• Monitoring the revenues from sales of State’s profit oil according to PSAs, control over the process and input the data into internal systems;
• Reconciliation of actual funds received from oil and gas projects with relevant parties by according documents;
• Analyze annual administrative budgets for strategic projects and present the results of the analysis for decision;
• Processing information on the amount of oil transported by pipelines and tariff payment in internal systems;
• Implementation of processes on a single forecasting system for oil and gas projects and integration with other departments;
• Daily information processing on oil and gas production volumes in internal systems;
• Preparation of standard internal reports on oil and gas projects and ensuring internal distribution in a single format;
• According verification of the formation of the selling price of the state profit oil;
• Analysis of the implementation of annual work programs and budgets for oil and gas projects and processing in internal systems;
• Preparation of relevant reports on the implementation and progress of oil and gas and strategic projects;
• Receipt and implementation of incoming documents and letters from local and foreign companies engaged in the implementation of oil and gas and other strategic projects;
• Submission of information on Production Sharing Agreements internally;
• Carrying out analysis of production forecast and actual performance on oil and gas projects;
• Analysis and submission of net export values for oil and gas projects.

Education/Qualification/Trainings:

University degree in economics, finance and business, economics of oil and gas industry.

Languages:

Fluency in Azerbaijani and English is essential. Russian is desirable.

Experience:

+1 years of experience in related field

Qualified candidates are requested to send their current CV to [email protected]

Deadline for submission of CV`s: November 01, 2021.

 


Sizi təşkilatımıza İqtisadçı vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edirik.

Komandamıza qoşularaq Siz daim karyera inkişafını təmin edən peşəkar mühitdə çalışmaq imkanını əldə etmiş olacaqsınız.

Nəticəyönümlülük, analitik düşüncə, effektiv kommunikasiya, zaman məhdudiyyəti şəraitində və komandada işləmək bacarıqlarınıza güvənirsinizsə, bizim komandamızın üzvü olmaq fürsətini dəyərləndirin.

Vəzifə üzrə əmək funksiyaları:

• Neft-qaz və strateji layihələri üzrə iqtisadi göstəriciləri və maliyyə hesabatlarını yoxlamaq və modellər üzrə daxili hesabatların hazırlanması;
• Neft-qaz layihələri üzrə dövlətin payına düşən gəlirlərin satışından əldə olunan gəlirlərinin və satış xərclərinin yoxlanılması və daxili sistemlərdə işlənilməsi;
• Neft-qaz layihələrindən əldə olunan faktiki vəsaitlərin aidiyyatı tərəflərlə müvafiq sənədlərlə üzləşdirilməsi;
• Strateji layihələr üzrə İllik inzibati büdcələrin təhlil edilməsi və qərar üçün təhlil nəticələrinin təqdim edilməsi;
• Nəql kəmərləri ilə nəql olunan neftin miqdarı və tarif ödənişi haqqında məlumatın daxili sistemlərdə işlənilməsi;
• Neft-qaz layihələri üzrə vahid proqnozlaşdırma sistemi üzrə proseslərin icra edilməsi və digər departamentlərlə inteqrasiya edilməsi;
• Neft-qaz layihələri üzrə hasil olunan həcmlər barədə məlumatın daxili sistemlərdə gündəlik işlənilməsi.
• Neft-qaz layihələri üzrə standart daxili hesabatların hazırlanması və vahid formatda daxili paylaşılmasının təmin edilməsi;
• Dövlətin mənfəət neftinin satış qiymətinin formalaşmasının müvafiq qaydada yoxlanılması;
• Neft-qaz layihələri üzrə İllik iş proqramlarının və büdcələrin icrasının təhlilinin aparılması və daxili sistemlərdə işlənilməsi;
• Neft-qaz və strateji layihələrin icrası və gedişatı haqqında müvafiq arayışların hazırlanması;
• Neft-qaz və digər strateji layihələrlərin icrası ilə məşğul olan yerli və xarici şirkətlər tərəfindən daxil olan sənəd və məktubları qəbul edərək aidiyyəti üzrə icra edilməsi;
• Hasilatın Pay Bölgüsü Sazişləri üzrə Təşkilat daxilində məlumatların təqdim edilməsi;
• Neft-qaz layihələri üzrə hasilatın proqnoz və faktiki icra üzrə təhlilin aparılması;
• Neft-qaz layihələri üzrə xalis ixrac dəyərlərinin təhlili və təsdiq üçün təqdim olunması.

Təhsil/İxtisaslaşma/Təlimlər:

İqtisadiyyat, maliyyə və biznes, neft və qaz sahəsinin iqtisadiyyatı üzrə ali təhsil

Dil bilikləri:

Azərbaycan və ingilis dillərini səlis səviyyədə bilmək tələb olunur. Rus dili bilikləri arzu olunandır.

Təcrübə:

Müvafiq sahə üzrə +1 il iş təcrübəsi

Qeyd edilən tələblərə uyğun namizədlərdən CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Müraciət üçün son tarix: 01 noyabr 2021-ci il