Tələbələrlə iş üzrə Koordinator

  • Code Academy
  • Elanın qoyulma tarixi: 17.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əlavə olaraq aşağıdakı vəzifələri yerinə yetirəcək:

- Tədris qruplarının başlamasının/bitməsinin təşkili
- Tələbə məmnunluğu sorğularının təşkili, analizi və problemlər üzərində iş
- Tələbələrin dərsə davamiyyətinə nəzarət. Ehtiyac yarandıqda görüşlərin təşkili.
- Tələbələrin fərdi müraciətləri üzərində işləmək.
- Qrup dəyişimlərinin təşkili
- Tələbələrin xitam müraciətlərinə baxış
 -Tələbələr üçün əlavə məşğələ saatlarının təşkili
- Tədris qruplarına Mentor (müəllim köməkçisi) seçimləri
- Mentorların fəaliyyətinə nəzarət, aylıq hesabatların toplanması, mentor iclaslarının təşkili
- Tələbələrlə mütamadi tədbirlərin təşkili

Tələblər:

- Təhsil sahəsində minimum 1 il təcrübə
- 25-35 yaş aralığında namizədlər
- İnsanlarla ünsiyyətin psixologiyasını və prinsiplərini yaxşı bilmək, insanları analiz edib tanıma bacarığı
- Görüşlərin təşkili, danışıqların aparılması üzrə bacarıqlar
- Aktiv dinləmə bacarıqları
- Komanda şəklində işləmək qabiliyyəti
- Güclü analitik düşünmə qabiliyyəti
- Konfliktləri, problemləri həlletmə və operativlik bacarığı
- Dinamik, təşəbbüskar və nəticəyəyönümlü olmaq
- Səbrli olmaq, nəzarətsiz və stres altında işləməyi bacarmaq
- Motivasiya etmə bacarığı
- Müsahibələr keçirmə bacarığı
- Azərbaycan dilini səlis, rus və ingilis dilini orta səviyyədə bilmək
- Ofis proqramlarında yaxşı işləmə bacarığı

Müraciət üçün: https://qlor.me/kuuvk9v5