Kreditlərin inzibatçılığı üzrə mütəxəssis

  • ABB ASC
  • Elanın qoyulma tarixi: 14.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiya Bakı və aşağıdakı regionlar üzrə aktivdir:

• Bakı
• Lənkəran
• Masallı
• Göyçay
• Gəncə
• Zaqatala

Görəcəyiniz işlər:

• Verilmiş kreditlərin və balansdankənar öhdəliklərin yoxlanılması;
• Arxivləşmə işinin təşkili;
• Bankdaxili strukturlar tərəfindən göndərilən sorğuların icrası;
• Kreditlərin silinmələrinin icrası;
• Müştəri sənədlərinin məhkəmə prosesi üçün hazırlanması və maliyyə arayışlarının tərtibi;
• Kreditlərin təminatı qismində olan girovların yüklülüyə qoyulması və azad olunması üçün sorğuların hazırlanması.

Bizim üçün ideal namizəd:

• Ali iqtisadi təhsili olan;
• Komandada işləmək bacarığı olan;
• İşdə dəqiqlik və detallara fikir vermək və yüksək məsuliyyət qabiliyyəti olan şəxsdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Kreditlərin inzibatçılığı üzrə mütəxəssis (Bakı/Region adı)” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.abb-bank.az

İşəgötürənin reytinqi