Satınalma üzrə mütəxəssis

  • AS Nagliyyat
  • Elanın qoyulma tarixi: 13.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Satınalma sorğularına nəzarət edilməsi, yoxlanılması və hesabtlılığının aparılması;
• Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
• Satınalma prossesinin ən əlverişli şərtlərlə həyata keçirilməsi;
• Satınalma ilə bağlı hesabat, təqdimat, müqavilə və s. sənədlərin hazırlanması;
• Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
• Etibarlı satıcı və təchizatçılar bazasının genişləndirilməsi;
• Yüksək keyfiyyətli məhsulları ən uyğun qiymətə əldə etmək üçün idarəetmənin bütün üzvləri ilə sıx əməkdaşlığın təşkili.

Vəzifə üzrə tələblər:

• Ali təhsil;
• Sahə üzrə ən azı 3 illik iş təcrübəsi;
• Yüksək yazılı və şifahi ünsiyyətqurma qabiliyyəti;
• Fikrin strukturlaşdırılmış qaydada izahı qabiliyyəti;
• Operativlik, qərarvermə qabiliyyəti, vaxtdan düzgün istifadə bacarığı;
• Yerli tikinti-inşaat bazarına yaxından bələd olmaq;
• Yüksək kompüter bacarıqları (MS Word, Excel, Outlook, Internet və digərləri).

İş şəraiti:

• İş rejimi: 6 günlük
• Əmək haqqı: Razılaşmaya əsasən

Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını - “Satınalma üzrə mütəxəssis”, qeyd etməklə CV formalarını [email protected] mail ünvanına göndərə bilərlər.