Memar (Layihə qrupu)

  • SMTS
  • Elanın qoyulma tarixi: 17.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

- Konsept layihənin hazırlanması-RİBA stage-2;
- Eskiz layihəsinin (eskiz planları, 3D illustrasiya və 3D animasiya) hazırlanması;
- Funksional zonalaşma sxeminin hazırlanması;
- Dizayn təkmilləşdirilməsi mərhələsinin, işçi layihələrin hazırlanması -RİBA stage -3;
- Layihələri dizayn etmək, planlaşdırmaq və həyata keçirmək;
- Memarlıq işləri bölməsi üzrə bütün mərhələlərin sənədlərinin işlənib hazırlanması;
- Texniki dizayn mərhələsinin hazırlanması -RİBA stage-4;
- Tam interyer dizayn paketinin hazırlanması üzrə:
- İnteryer planlar
- İnteryer görünüşlər və müvafiq detallar
- Mebel və avadanlıqların tipologiya cədvəlləri və detalları
- Tamamlama materiallarına aid tipologiya cədvəlləri və detalları
- Daxili qapı və pəncərələrin tipologiya planları, tipologiya cədvəlləri və detalları
- Nişanlar və istiqamətləndirici işarələr (daxili və xarici)
- Otaqların və sahələrin təsnifatı (room book) və sahə məlumatlarının hazırlanması
- Memari bölmə üzrə texniki şərtnamələrin (specifications) hazırlanması;
- Tikinti və inşaat proseslərinə nəzarət etmək və dəyişikliklərə dair razılığın əldə olunması üçün danışıqlar aparmaq;
- Tikintinin icrası üçün lazım olan bütün dizayn məlumatlarının /sənədlərinin (hər bir disiplin üzrə) eləcə də çizgilərin, texniki şərtnamələrin, təsnifatların, iş həcmlərinin smetaların və müvafiq qiymət / xərc məlumatlarının tikinti üçün tam koordinasiya edilmiş şəkildə təqdim edilməsi;
- Departament meneceri tərəfindən vəzifələrin yerinə yetirilməsi, sifarişlərin və fərmanların vaxtında və səmərəli icrası üçün cavabdehlik daşıyır;
- Məxfi informasiyanın və şirkət sirlərinin saxlamağa məsuldur;
- Əmək intizamına və daxili intizam qaydalarına riayət etməklə məsuliyyət daşıyır.

Namizədə olan tələblər:

- Memarlıq ixtisası üzrə ali təhsil
- Memar olaraq olaraq inşaat sektorunda İSO standartlarına uyğun işini təşkil edən şirkətdə ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı (yüksək mərtəbəli binalarının tikintisində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək)
- AutoCAD, ArchiCAD, 3D Max, Corel Draw, Microsoft Office proqramlarını bilməli (əlavə olaraq Revit proqramını bilən namizədlərə üstünlük veriləcək)
- Azərbaycan, rus və ingilis dilləri əla səviyyədə bilməli
- Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verməli
- Komandada işləmək bacarığına sahib olmalı
- İşgüzar ünsiyyət bacarığı

Digər tələb və şərtlər:

- Yaş həddi: 25-45
- Əmək haqqı 1500-2500 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
- İş rejimi: həftədə 5 gün, 09.00-dan 18.00-dək
- Nahar şirkət tərəfindən verilir

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində [email protected] elektron ünvanına mövzu yerinə “Memar (Layihə qrupu)” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.