Otaqlar üzrə xidmətçi

  • FLY INN BAKU
  • Elanın qoyulma tarixi: 12.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

VƏZİFƏ BORCLARI:

1.1 Çarşafların tələbata görə dəyişdirilməsi və yataqların düzəldilməsi;
1.2 İstifadə olunmuş dəsmalların, xalatların və şampun və sabun kimi digər vanna otağı ləvazimatlarının dəyişdirilməsi;
1.3 Vanna otağının təmizlənməsi;
1.4 Döşəmələrin təmizlənməsi, silinməsi və cilalanması;
1.5 Xalçaların tozsoranlanması;
1.6 Hər hansı tapılmış əşyalar haqqında menecerə və yaxud təsərrüfat üzrə nəzarətçiyə dərhal xəbər vermək;
1.7 Bütün avadanlığın yaxşı istismar olunmasının və düzgün idarə olunmasının təmin edilməsi;
1.8 Mehmanxanadakı qonaq otaqlarının təmizliyinin və səliqə-səhmanlığının təmin edilməsi, o cümlədən, ehtiyac olduqda bütün ofislər, ictimai və qeyri-ictimai ərazilərin təmizliyinin təmin edilməsi;
1.9 Mebellərin tozunun alınması və cilalanması;
1.10 Zibil qablarını və kül qabılarının boşaldılması;
1.11 Çirkli qabların təmizləri ilə əvəzlənməsi;
1.12 Dəhlizlər kimi ümumi sahələrin təmizlənməsi;
1.13 Hər hansı bir texniki problemi və istismar ehtiyaclarını bildirmək;
1.14 Nəzarətçi tərəfindən verilən tapşırıq vərəqəsindəki qonaq otaqlarının vəziyyətinin yenilənməsi;
1.15 Növbənin sonunda qayıdan və təmizlənən arabanın doldurulması;

TƏLƏBLƏR:

2.1. Təmizləyici avadanlıq və məhsullardan istifadə təcrübəsi;
2.2. Çevik iş saatlarına uyğunlaşma bacarığı;
2.3. Yüksək performans standartlarına cavab verərkən az və ya heç bir nəzarət olmadan işləmək bacarığı;
2.4. Fiziki hərəkətlilik və dözüm;

E-mail: [email protected]