Hüquqşünas

  • Global Management
  • Elanın qoyulma tarixi: 12.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

1. Müəssisənin bütün işgüzar siyasət və fəaliyyətinin müvafiq qanunvericiliyə uyğunluğunu təmin etmək;
2. Müvafiq əsasnamə, qayda, təlimat, protokol və hüquqi rəy tələb olunan digər sənədlərin qanunvericiliyə uyğunluğunu yoxlamaq və viza vermək;
3. Cari qanunvericilik haqqında Cəmiyyətin fəaliyyətinə aid işçilərə sorğu və məsləhətlər, eləcə də təşkilati-hüquqi və başqa hüquqi məsələlərə rəylər vermək;
4. Hüquqi sənəd (məktublar və s.) və müqavilələri tərtib etmək və hüquqi ekspertizanı həyata keçirmək;
5. Başqa bölmələrin sorğusu əsasında Cəmiyyətdə müxtəlif əmr və digər normativ sənədlərin hazırlanmasını təşkil etmək, qüvvədə olan sənədlərə dəyişikliklər etmək və qüvvəsini itirən sənədlərin ləğv edilməsi haqqında təkliflər hazırlamaq;
6. Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablar hazırlamaq;
7. Müəssisənin fəaliyyəti çərçivəsində ortaya çıxmış hüquqi məsələlərə dair rəylərin hazırlanmasında iştirak etmək;
8. Müəssisənin fəaliyyətini tənzimləyən bütün növ qərarlara, əmr və sərəncamlara, daxili normativ aktlara hüquqi rəy vermək;
9. Hər hansı mübahisəli məsələlər ilə bağlı məhkəməyə qədər zəruri tədbirlər görmək;
10. Cəmiyyəti məhkəmə və hüquq-mühafizə, habelə digər dövlət orqanlarında təmsil etmək.

TƏLƏBLƏR:

- Təhsil dərəcəsi: Bakalavr
- Hüquq sahəsi, hüquqşünas
- Təcrübə: Sahə üzrə ən az 3 il,
- Məsuliyyətlilik
- Ünsiyyət qurmaq bacarığı
- Etibarlılıq
- Detallara fikir vermək qabiliyyəti
- Azərbaycan, Rus dili- əla və İngilis dili-yaxşı səviyyədə bilmək
- Kompüter proqramları: MS Office (Word, Excel, PowerPoint, Visio, Outlook və s.)

Əmək haqqı: 600-1000 AZN

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə [email protected] email ünvanına göndərəsiniz.

Global Management tərəfindən digər vakansiyalar