Psixoloq

İşin təsviri

PROFİLİNİZ:

• Psixologiya sahəsində ali təhsil;
• Uşaq və ya gənclərlə iş sahəsində azı 3 illik iş təcrübəsi;
• Məsləhət vermək və danışıqlar aparmaq bacarığı;
• Sosial və təşkilati bacarıqlar;
• Stressə davamlılıq;
• Komandada işləmək istəyi və bacarığı;
• Uşaq hüquqları və uşaq müdafiəsi haqqında məlumatlılıq;
• Əlavə peşəyönümü təhsil (təlim, seminarlar);
• Kompüter biliyi (MS Office);
• Azərbaycan dili biliyi (Rus dilini bilən namizədlərə üstünlük verilir).

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

• Uşaq qəbulu prosesində psixodiaqnostikanı həyata keçirmək;
• Uşaqların adaptasiya dövrünü izləmək məqsədilə plan tərtib etmək və onun həyata keçirilməsini təmin etmək;
• Müxtəlif növ üsullardan, testlərdən, müsahibələrdən və davranışın birbaşa müşahidə olunması üsulundan istifadə edərək uşaq və gənclərin ehtiyaclarının, bacarıqlarının və ya davranışlarının qiymətləndirilməsini təmin etmək və onlar ilə diaqnostik, terapevtik, inkişafetdirici və konsultativ işlər aparmaq;
• Uşaqların və gənclərin Keys Menecment prosedurunda sosial işçilərə dəstək olmaq;
• Böyük yaşlı uşaqlarla peşəyönümü testlərinin kecirilməsini təmin etmək;
• Uşaqlar üçün psixoloji təlimlər təşkil etmək;
• Müntəzəm olaraq uşaqların psixoloji vəziyyətini əks etdirən hesabatlar təqdim etmək;
• Uşağın layihəni tərk etmə mərhələsində ona psixoloji dəstək olmaq;
• Əsas qayğı işçilərinin professional səviyyəni təkmilləşdirilməsi məqsədilə görüşlər təşkil etmək, psixoloji məsləhətlər vermək, onlara uşaqlar və gənclərlə iş prosesində yaranmış problemlərin həllində köməklik etmək.

İŞ ŞƏRTLƏRİ:

• Ünvan/Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 27a (Həzi Aslanov metrosu yaxınlığı)
• 600-700 AZN (vergilər daxil) əmək haqqı;
• Həftədə 2 gün istirahət;
• Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı.

TƏKLİFİMİZ:

“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır.

Namizədliyinizi uyğun hesab edirsiniz?

Müraciət ərizələrinizi/CV və motivasiya məktubunuzu (yalnız elektron ərizələr nəzərə alınır) 20 Oktyabr 2021-ci il tarixədək “Psixoloq/Bakı SOS Uşaq Kəndi” adlı başlıqla [email protected] e-poçt ünvanına göndərməyinizi xahiş edirik.

Əlaqə nömrəsi: 055 227 47 25

Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır!