Qrafik Dizayner

İşin təsviri

Vəzifə öhdəlikləri:

- 2D/3D qrafik animasiya və hərəkətli kompozisiyaların hazırlanması;
- Kampaniyalar, sosial media paylaşımlarının və digər məzmunların hərəkətli vizuala salınması;
- Verilmiş təlimatlar əsasında dizayn işlərinin hazırlanması;
- Ötürülməsi istənilən mesajı vizuallar vasitəsilə çatdırmaq;
- Video-montaj işlərinin aparılması, açar, keçid, başlıq və digər bu kimi komponentlərin tətbiq edilməsi;

Namizəd üçün tələblər:

- Müvafiq sahədə ən azı 3 il müddətində iş təcrübəsi sahib olmalı;
- Adobe Premier, Adobe After Effects, Adobe Photoshop, Adobe Illustrator, Corel Draw proqram biliklərinə sahib olmalı;
- Animasiya və prinsiplərini bilməli, verilən məzmuna uyğun şəkildə animasiya kompozisiyasını hazırlamalı;
- Portfolio təqdim etməli;
- Azərbaycan dilini sərbəst, İngilis dilini yaxşı, Rus dilini kafi bilməli;
- “Motion designer” bacarıqlarına sahib olması üstünlükdür;

İş şərtləri:

- 6 günlük iş rejimi;
- Əmək haqqı və iş saatı müsahibə mərhələsində müzakirə ediləcəkdir.

Əgər yuxarıda qeyd olunan tələblərə uyğun olduğunuzu düşünürsünüzsə, azərbayacan dilində tərtib olunmuş “CV” və porfolio məlumatlarınızı “Qrafik dizayner” başlığı ilə “[email protected]” elektron poçt ünvanımıza göndərə bilərsiniz.

Qeyd: Azərbaycan dilində tərtib edilməyən və “Qrafik dizayner” başlığı qeyd olunmayan “CV”lərə baxılmayacaqdır.

ARI Xaricdə Təhsil Mərkəzi tərəfindən digər vakansiyalar