Digital marketinq üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

- Marketinq planı və PR konseptləri əsasında sosial media fəaliyyəti üzrə kontent planının hazırlanması;
- Sosial və rəqəmsal marketinq kanalları üzrə strategiya və mətn kontentinin hazırlanması;
- “Google Ads”, “Facebook Business Manager” və “Instagram Business” platformalarının reklam sahəsi üzrə idarə edilməsi;
- Əvvəlcədən müəyyən edilmiş aylıq hesabatların hazırlanması;

Namizəd üçün tələblər:

- Müvafiq sahədə ən azı 2 il müddətində iş təcrübəsinə sahib olmalı;
- Ali təhsil;
- Azərbaycan dilini sərbəst, İngilis dilini yaxşı, Rus dilini kafi bilməli;
- Analitika bacarıqlarına (facebook ads, google analytics və s.) sahib olmalı;

İş şərtləri:

- 6 günlük iş rejimi;
- Əmək haqqı və iş saatı müsahibə mərhələsində müzakirə ediləcəkdir.

Əgər yuxarıda qeyd olunan tələblərə uyğun olduğunuzu düşünürsünüzsə, azərbayacan dilində tərtib olunmuş “CV” və porfolio məlumatlarınızı “Digital marketinq üzrə mütəxəssis” başlığı ilə “[email protected]” elektron poçt ünvanımıza göndərə bilərsiniz.

Qeyd: Azərbaycan dilində tərtib edilməyən və “Digital marketinq üzrə mütəxəssis” başlığı qeyd olunmayan “CV”lərə baxılmayacaqdır.

ARI Xaricdə Təhsil Mərkəzi tərəfindən digər vakansiyalar