Back-end mühəndisi

  • ABB ASC
  • Elanın qoyulma tarixi: 12.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
• Gənc və peşəkar kollektivdə çalışmaq imkanı
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

• Yeni texnologiyaların araşdırılması və tətbiq olunması;
• Məhsulun biznes məntiqinin və back-end sisteminin dizayn olunması və proqramlaşdırılması;
• Front-end proqramçısı ilə sıx əməkdaşlıq edərək funksional, effektli və tam tələblərə cavab verən APİ-ların hazırlanması;
• Mənbə kodlarını analiz etmək və ehtiyaca uyğun dəyişiklikləri icra etmək;
• Unit və inteqrasiya testlərinin yazılması və gündəlik tapşırıqlar üçün avtomatik alətlərin hazırlanması;
• Keyfiyyətli, effektli kodların yazılması və sənədləşdirilməsi;
• Riskləri və səmərəsiz həll yollarını aradan qaldırmaq üçün ideya və fikirlərin təhlil olunması;
• Yeni texnologiyaların araşdırılması və tətbiq olunmasıdır.

Bizim üçün uyğun namizəd:

• Back-end proqramlaşdırma sahəsində minimum 1 illik iş təcrübəsi;
• Java8, Java EE, Spring Boot üzrə təcrübə;
• Versiya Kontrol Sistemləri (Git) üzrə dərin biliklərə
• RESTful APİ servislərin hazırlanması, istifadə olunması üzrə təcrübə;
• Obyektyönümlü proqramlaşdırma , S.O.L.I.D prinsipləri və Design Patterns barədə dərin biliklər;
• Verilənlər bazası sistemləri üzrə təcrübə, SQL və NoSQL bazaları barədə bilikləri; (PostgreSQL, MySQL, Oracle, MongoDB, Redis)
• Unit, inteqrasiya və APİ üçün effektli testlərin yazılması bilikləri;
• Agile Scrum metodologiyası barədə məlumatlı;
• Mikroservis arxitekturası üzrə biliklər;
• PL/SQL bilikləri;
• Agile komandasında proqramçı kimi iş təcrübəsi;
• Güclü problem həll etmə bacarığı, mürəkkəb məlumatları emal etmək, onları aydın və sadə şəkildə təqdim etmək qabiliyyətinə sahibdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Back-end mühəndisi” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlavə məlumat üçün: www.abb-bank.az

İşəgötürənin reytinqi