Məhkəmə ilə iş və icra şöbəsinə təcrübəçi

  • ABB ASC
  • Elanın qoyulma tarixi: 06.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Görəcəyiniz işlər:

• Problemli kreditlərlə bağlı ilkin sənədləşmənin təşkilini və bildirişlərin hazırlanaraq göndərilməsini təmin etmək;
• İddia ərizələrinin və icra qeydlərinin aparılmasına dair sənədlərin hazırlanmasını təmin etmək;
• Daxil olan məhkəmə qərarları ilə tanış olmaq, digər struktura ötürülməsini təmin etmək;
• Bankın maraqlarına uyğun olmayan məhkəmə və icra şöbələrinin qərarlardan şikayətlərin hazırlanmasını təmin etmək;
• Struktur bölmələrlə (filiallar, departamentlər və s.) koordinasiyanın və sənəd dövriyyəsinin aparmaq;
• Strukturun fəaliyyətinin effektivliyinin artırılması məqsədilə Problemli kreditlərlə iş praktikası və metodologiyası sahəsində araşdırmalar aparmaq.

Bizim üçün uyğun namizəd:

• Ali hüquqi təhsilli;
• Azərbaycan dili yüksək səviyyədə, rus dili orta səviyyədə olan;
• MS Office yüksək səviyyədə iş bacarığı olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə CV-nizi [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Təcrübəçi-Hüquqşünas” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

İşəgötürənin reytinqi