Maliyyə analitiki

  • Odontos LTD
  • Elanın qoyulma tarixi: 03.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

• Aylıq , rüblük, illik maliyyə hesabatlarının hazırlanması, maliyyə göstəricilərinin analitikası
• Maliyyə hesabatlarında və biznes planlarında müxtəlif məlumatları nəzərdən keçirib təhlil etmək və qiymətləndirmə üçün töhfələr vermək
• Xərclərdə israfçılığın qarşısını almaq məqsədiylə biznes proseslərdə təsdiq və nəzarət baxımından çatışmazlıqların müəyyən edilməsi, məlumatların toplanması və analiz edilməsi
• Cari gəlir və xərclər, əməliyyat planlarına uyğun Büdcələrin, strateji planların, aylıq proqnozların hazırlanması və təhlili,
• Aylıq əsasda büdcənin icrasına nəzarət və bu istiqamətdə müqayisə və təhlillərin aparılmasında və müvafiq təqdimatın hazırlanmasında bilavasitə iştirak etmək
• Fəaliyyət istiqamətləri üzrə proqram təminatlarının işlənilməsində və müvafiq proseslərin avtomatlaşdırılmasında bilavasitə iştirak etmək

Namizədə verilən tələblər:

• Təhsil : Ali ( Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və Audit, Menecment ixtisasları)
• Səlis EXCEL istifadəçisi
• Təcrübə: Minimum 3 il
• İT üzrə biliklər: MS Office və 1C
• Açıq fikirli və problemi həll etmə bacarığı
• Analitik düşünmə qabiliyyəti
• Düzgünlük və dəqiqlik

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Maliyyə üzrə analitik” yazaraq göndərmələri xahiş olunur.

Odontos LTD tərəfindən digər vakansiyalar