Aparıcı auditor (Keyfiyyətə Nəzarət)

  • SMTS
  • Elanın qoyulma tarixi: 03.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

- İSO 9001 - 2015; İSO 14001 - 2015; İSO 45001 - 2018 standartların tələblərini və İnteqrasiya edilmiş İdarəetmə Sistemini tam bilmək;
- Qanunlar, siyasətlər və prosedurları bilmək, onlara riayət etmək və tələb etmək;
- Şirkət daxili departamentlərin prosedurlarının hazırlanmasında iştirak etmək, uyğunluğunu yoxlamaq;
- Əməliyyatlar daxil olmaqla, tam daxili audit dövrünün həyata keçirilməsi və idarə edilməsi;
- Audit proqpram və planın hazırlanması, auditin nəticəsi barədə yekun protokolun hazırlanması;
- Keyfiyyət İdarəetmə sistemində baş verən və verə biləcək riskin təhlili aparılması;
- İnformasiya toplamaq və daxili audit üçün iş yerlərinə baxış keçirmək;
- Daxili auditlərdə iştirak etmək və daxili yoxlamalar üçün ətraflı hesabat hazırlanması, yoxlanılması və düzəlişlərin aparılması;
- Yoxlama nəticəsində aşkara çıxarılmış uyğunsuzluqların aradan qaldırılması üzrə görülmüş tədbirlərin nəticələrini nəzarətdə saxlamaq;
- Təşkilatın əsasnamələrinin, daxili qaydalarının və prosedurlarının müntəzəm olaraq təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlanması;
- Əmək məhsuldarlığının artırılması, iş yerlərində yüksək keyfiyyətə nail olunması;
- Müxtəlif təlimlər təklif edən şirkətlərlə əlaqə yaratmaq;
- Keyfiyyət idarəetmə sisteminə nəzarət (QMS)
- Müştəri məmnuniyyətlərini öyrənmək;
- Keyfiyyətin idarə edilməsinə görə statistik təhlili aparılması və sistemin tələblərinə riayət etmək;
- Keyfiyyətə Nəzarət departamentinə aid sənədlərin hazırlanmasına və saxlanılmasına daim nəzarət etmək;
- SWOT analizi, keyfiyyət səmərəlilik göstəricilərinin hazırlanması.

Namizədə olan tələblər:

- Mühəndislik ixtisası üzrə ali təhsil
- Keyfiyyətə nəzarət üzrə Aparıcı auditor olaraq inşaat sektorunda İSO standartlarına uyğun işini təşkil edən şirkətdə ən az 5 il (fasiləsiz) iş təcrübəsi olmalı.
- İSO 9001 - 2015; İSO 14001 - 2015; İSO 45001 -2018 standartları üzrə daxili və xarici auditlərin aparılması üçün sertifikatlar
- Azərbaycan dili əla səviyyədə, ingilis dili orta səviyyədə bilməli
- MS Office və AutoCAD proqramlarını əla səviyyədə bilməli
- Yüksək səviyyədə texniki biliklərinin olması
- Məxfiliyi diqqət mərkəzində saxlamaqla bölmələr arasında əməkdaşlığın aparılması
- İşgüzar ünsiyyət bacarığı
- Komandada işləmək bacarığı

Digər tələb və şərtlər:

- Yaş həddi: 25-45
- Əmək haqqı: 1700-2500 AZN (təhsil, iş stajı, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
- İş rejimi: həftədə 5 gün, 09.00-dan 18.00-dək (nahar fasiləsi 1 saat)
- Nahar şirkət tərəfindən verilir

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində [email protected] elektron ünvanına mövzu yerinə “Aparıcı auditor (Keyfiyyətə Nəzarət)” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.