Könüllülər üzrə mütəxəssis

İşin təsviri

.Sərəncamdan yola çıxaraq, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göygöl nümayəndəliyinə vakansiya elan edilir.

Gənclərin İnkişaf və Karyera Mərkəzi qeyd edilən rayonda yaşayan, istedadlı, ictimai və sosial sahələrdə fəal, ali təhsilli və qeyd olunan vəzifə tələblərinə uyğun gələn gəncləri (29 yaşadək olan) müraciət etməyə dəvət edir.

Müraciət etmək istəyən şəxslər Gənclər Fondunun, Gənclərin İnkişaf və Karyera Mərkəzinin rəsmi internet saytı (www.youthfoundation.az/vakansiyalar) və GencApp mobil tətbiqi vasitəsilə 20 oktyabr 2021-ci il tarixinə qədər onlayn qeydiyyatdan keçə bilərlər.

QEYD: Müraciət edən namizədlərin nəzərinə:

İşə qəbul olunduqları halda, müraciət etdiyi region üzrə GİKM tam ştat işçisi olaraq qeydə alınacaqlar, başqa sözlə, hazırda işlədikləri iş yerini tərk etməli olacaqlar.

Həmçinin, qeyd olunan vakasiyaları tutacaq gənclər daimi olaraq adları çəkilən şəhər və rayonlarda yaşamalıdırlar.

Könüllülər üzrə mütəxəssis

Namizədə dair əsas tələblər:

- Ali və ya orta ixtisas təhsilli olmalı;
- Azərbaycan dilini mükəmməl bilməli, ingilis və rus dilləri arzuolunandır;
- İşində məsuliyyətli və dəqiq olmalı;
- Komandada işləmə qabiliyyəti və idarəetmə bacarığı olmalı;
- Microsoft Office proqramlarını bilməli;
- Təşkilatçılıq bacarığı olmalı;
- İnsan toplusu ilə işləməyi bacarmalıdır.

Vəzifə təlimatları:

- Regionda yaşayan, təhsil alan və işləyən gəncləri Gənc Könüllü proqramına cəlb etmək
- Könüllülüyün yerli səviyyədə inkişaf proqramını hazırlamaq
- Könüllünü öz potensialına uyğun istiqamətləndirmək
- Gənc Könüllülərin dövlət və ictimai mədəni-kütləvi tədbirlərdə iştiraklarını təmin etmək
- Könüllünün yerli və beynəlxalq layihələrdə iştirakını təmin etmək