Tədbirlər və layihələr üzrə mütəxəssis

İşin təsviri

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Daşkəsən, Naftalan, Xızı, Salyan, Hacıqabul, Ucar, Zərdab, İmişli, Qobustan, Şamaxı, Saatlı, Neftçala, Füzuli nümayəndəliklərinə vakansiya elan edilir.

Gənclərin İnkişaf və Karyera Mərkəzi qeyd edilən rayonda yaşayan, istedadlı, ictimai və sosial sahələrdə fəal, ali təhsilli və qeyd olunan vəzifə tələblərinə uyğun gələn gəncləri (29 yaşadək olan) müraciət etməyə dəvət edir. Müraciət etmək istəyən şəxslər Gənclər Fondunun, Gənclərin İnkişaf və Karyera Mərkəzinin rəsmi internet saytı (www.youthfoundation.az/vakansiyalar) və GencApp mobil tətbiqi vasitəsilə 15 yanvar 2022-ci il tarixinə qədər onlayn qeydiyyatdan keçə bilərlər.

QEYD: Müraciət edən namizədlərin nəzərinə:

İşə qəbul olunduqları halda, müraciət etdiyi region üzrə GİKM tam ştat işçisi olaraq qeydə alınacaqlar, başqa sözlə, hazırda işlədikləri iş yerini tərk etməli olacaqlar.

Həmçinin, qeyd olunan vakasiyaları tutacaq gənclər daimi olaraq adları çəkilən şəhər və rayonlarda yaşamalıdırlar.

Namizədə dair əsas tələblər:

  • Ali və ya orta ixtisas təhsilli olmalı;
  • Analitik düşüncə bacarığı olmalı;
  • Təşkilatçılıq bacarığı olmalı;
  • Komandada işləmə qabiliyyəti, məsuliyyət və dəqiqlik kimi keyfiyyətlərə malik olmalı;
  • Microsoft Office proqramlarını bilməlidir.

Vəzifə təlimatları:

  • Yerli tələblərə uyğun olaraq, tədbirləri və layihələri müəyyənləşdirmək
  • Fəaliyyət üçün tələb olunan resursları müəyyənləşdirmək
  • Tədbirlərin qrafiklərini, iş bölgüsünü və müddətlərini təyin etmək
  • Tədbir və layihələrin plana uyğun təşkilinə nəzarət etmək
  • Fəaliyyətə uyğun həftəlik və aylıq hesabatların hazırlanmasında iştirak etmək

 

https://youthfoundation.az/vakansiyalar/