İnsan resursları üzrə mütəxəssis

  • Xalq Bank
  • Elanın qoyulma tarixi: 12.09.2012
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İnsan resursları üzrə mütəxəssis
Namizədə olan əsas tələblər:
• Hüquq, İqtisadiyyat və ya idarəetmə sahəsi üzrə ali təhsil;
• İnsan resursları idarəedilməsi sahəsində ən azı 1 (bir) illik iş təcrübəsi;
• Əmək qanunvericiliyi və insan resurslarının idarə edilməsi üzrə normativ – hüquqi aktları bilməsi;
• Kargüzarlığın əsaslarını bilməsi;
• Kadr sənədlərinin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi;
• Kompüterdə işləmək bacarığı - təcrübəli istifadəçi səviyyəsində;
• Azərbaycan, rus dillərini bilməsi (əlavə olaraq ingilis dilini bilənlərə üstünlük verilir) ;
• 1C proqramının əmək haqqı və insan resurslarının idarəedilməsi modulunda iş təcrübəsi olan namizədlərə üstünlük verilir. 
• Ünsiyyətçil və məsuliyyətli olması;
• Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı;
• Hərbi xidməti bitirənlərə üstünlük verilir.
Vəzifə öhdəlikləri
• İnsan resursları idarəedilməsi sahəsi üzrə sənədləşmə işlərinin aparılması;
• Əmək haqqı və digər ödənişlərin hesablanması üçün tabel cədvəllərinin hazırlanması;
• İşə qəbul ilə əlaqədar imtahan və müsahibələrin keçirilməsi;
• Dövlət orqanlarına  hesabatların hazırlanması;
• İnsan resursları idarəedilməsi sahəsi üzrə müxtəlif təlimatların hazırlanması;
• İş vaxtı: Bazar ertəsi – Cümə 9:00 – 18:00.
• Vəzifə maaşı – 700 – 1000 AZN

Maraqlananlar rezumelərini [email protected] ünvanına göndərə bilərlər.
Zəhmət olmasa, mailin “mövzu” hissəsində “HR specialist” qeyd edərsiniz.
Əgər müraciətiniz qeyd olunmuş vakansiyanın tələblərinə uyğundursa, əməkdaşlarımız Sizinlə qısa müddət ərzində (15 gün) əlaqə saxlayıb müsahibəyə dəvət edəcək.
Əlavə məlumat üçün 012 404 43 43 (daxili nömrə 20 50) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Əlaqədar şəxs – İlhamə İdayətova

İşəgötürənin reytinqi