Anbardar köməkçisi

  • STP-AH MMC
  • Elanın qoyulma tarixi: 23.09.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Bizim üçün ideal namizəd:

• Orta təhsilli (Ali texniki, iqtisadi və ya riyaziyyat üzrə təhsil arzuolunandır);
• Analoji sahədə ən azı 1-3 il iş təcrübəsi;
• Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
• Logo və digər anbar proqramlarını bilmək;

Hansı işləri görəcəksiniz:

• Anbarlara yükləmə-boşaltma işlərinə nəzarət etmək;
• Anbarlara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərini yerinə yetirmək;
• Anbarlara olan malların növlərinə görə səliqə ilə yığılmasına nəzarət etmək;
• İş tapşırıqlarını və qayimələri nəzərdən keçirmək;
• Daxil olan yükün qeydiyyat sənədlərini yoxlamaq və düzgün olmasını təsdiq etmək, yüklərdəki çatışmamazlıqlar və artıq çəki ilə əlaqədar yaranan məsələləri cavablandırmaq, eləcə də ehtiyatların vəziyyətinə nəzarət ilə əlaqədar yaranan problemləri həll etmək;
• Məsuliyyətində olan anbarın təmiz, səliqəli və nizamlı olmasına nəzarət etmək;
• Anbarda olan malların təhlükəsizliyindən cavabdeh olmaq;
• İş gününün əvvəlində və sonunda stok təftişini etmək, məlumatları müdiriyətə bildirmək;
• Anbarda olan malların standartlara uyğun yığım və düzülüş qaydalarına nəzarət etmək
• Anbara boşalan malların yararlılığını yoxlamaq və rəhbərliyə məlumat vermək;
• Anbarda olan mal-materialın təhlükəsizliyini və anbardan buraxılan və anbara daxil olan mal-materialın gəlir-çıxar sənədləri üzrə qeydiyyatını təmin etmək;
• Anbardan malların buraxılış vərəqəsi əsasında buraxılmasını təmin etmək;
• Anbarda olan mal-materialın inventarlaşmasında mühasibatlıqla birlikdə yaxından iştirak etmək;
• Rəhbərlik tərfindən verilmiş digər tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək.

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
• İş vaxtı: Həftənin 5 iş günü;
• İş yeri Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Anbardar köməkçisi” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.