Kredit şöbəsi üçün rəhbər

İşin təsviri

Tələblər:

- Yaş: 25-45 arası
- Cinsi: Kişi
- Ali iqtisadi təhsil
- Azərbaycan dili və rus dili səlist ,ingilis dilini bilməsi arzu olunandır
- Bank və ya bank olmayan kredit təşkilatında istehlak kreditləri üzrə rəhbər vəzifədə ən azı 3 il işləyən namizədlərə üstünlük veriləcək
- Ünsiyyətcil, təşəbbüskar
- Komandada işləmək bacarığı
- Analitik zəka,məntiq, müştərilərlə işləmək qabiliyyəti
- Riyazi hesablama aparmaq qabiliyyəti
- Mükəmməl kommunikasiya qabiliyyəti
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti

Vəzifə öhdəlikləri:

• Mövcud kredit məhsullarının şərtlərinin dəyişdirilməsi və yeni kredit məhsulları barədə təkliflər hazırlayır və rəhbərliyə təqdim edir
• Şirkətin kredit portfeli və onun keyfiyyəti üzrə hədəflərinin icrasını təşkil edir
• Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması
• Gündəlik əsasda kreditlərin ödənişinə nəzarət edir və şirkət daxili qaydalara müvafiq olaraq, problemli borclar üzrə müvafiq tədbirlər görür
• Verilmiş kreditlərin statistikasını aparır və mövcud vəziyyətə uyğun olaraq yeni təkliflər təqdim edir
• Kredit mütəxəssisləri ilə mütamadi görüşlər və təlimlər keçirmək
• Kredit mütəxəssilərinin bilik səviyyəsinin və təlimat biliklərini yoxlamaq məqsədi ilə imtahanlar təşkil etmək

- Əməkhaqqı: 5000 azn+mükafat
- İş saatları: 09:00 – 18:00

E-mail: [email protected]

İşəgötürənin reytinqi