Məlumatların keyfiyyəti üzrə mütəxəssis/baş mütəxəssis

  • ABB ASC
  • Elanın qoyulma tarixi: 22.09.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat

Görəcəyiniz işlər:

• Məlumatların keyfiyyət standartlarını, məlumatların idarə edilməsi vasitələrini, ölçülərinin və s. müəyyənləşdirilməsi;
• Təşkilat daxilində məlumatların keyfiyyəti, xüsusilə təyin edilmiş kritik məlumat elementləri üzrə monitorinq və hesabatlılıq, məlumatların keyfiyyəti problemlərinin monitorinqi və izlənməsi üçün problemlərin saxlanması;
• Boşluqları/problemləri müəyyən etmək üçün müntəzəm (aylıq) şəkildə korporativ məlumatların keyfiyyətinin monitorinq panelinin yaradılması və yenilənməsi;
• Məlumatların keyfiyyət problemlərinin əsas səbəblərinin təhlilində iştirak etmək və boşluqların aradan qaldırılması üçün fəaliyyət planlarının hazırlanmasına köməklik göstərmək;
• Bütün təşkilat çərçivəsində məlumatların keyfiyyəti ilə bağlı layihələrin əlaqələndirilməsi və idarə edilməsi;
• Məlumatların keyfiyyəti ilə bağlı məlumatların siyasət və prosedurlarının yaradılmasına köməyin göstərilməsi;
• Bərpa planlarının işlənib hazırlanmasına, gündəliyin müəyyənləşdirilməsinə və müvafiq materialların hazırlanmasına xüsusi diqqət yetirərək, məlumatların keyfiyyəti üzrə işçi qruplara köməklik göstərmək;
• Kritik məlumat elementlərinin (CDEs) aşkarlanması;
• Metadata idarəetmə və onların tələblərinə cavab verən biznes proseslərinin və standartlarının yaradılması, monitorinqi və uyğunluğun təmin edilməsi;
• Biznes metadata (məsələn, biznes anlayışlar, təhlükəsizlik/çıxış səviyyəsi, data keyfiyyət qaydaları) və texniki metadata (məsələn, texniki / fiziki data elementləri, və.s) strukturlaşdırılması üçün şablonların hazırlanması;
• Metadata dəyişikliklərin təsdiq edilməsi və metadata yeni tələbatın idarə edilməsi;
• Domen sahibləri tərəfindən hazırlanmış biznes anlayışlarının təsdiq və məlumat mənbələrinin müəyyən edilməsi;
• Ümumi təşkilati məlumat lüğətinin hazırlanması və idarə edilməsi.

Bizim üçün ideal namizəd:

• Minimum 2-5 illik İnformasiya texnologiyaları sahəsində təcrübəyə sahib (bank təcrübəsi mütləqdir);
• SQL üzrə yüksək təcrübəyə sahib;
• Məlumatların keyfiyyəti alətləri ilə təcrübəyə malik;
• Yüksək kommunikasiya bacarığına sahib;
• Metadata problemləri və prosesləri üzrə dərin biliklərə sahib;
• Sistem məlumatlarının xəritələşdirilməsi və izlənməsi sahəsində təcrübəyə malik;
• Məlumat lüğətlərini müəyyənləşdirmək, həyata keçirmək və idarə etmək təcrübəsinə sahib;
• Performansın idarə olunması metrikləri ilə iş təcrübəsinə sahib;
• Məlumatların keyfiyyəti və prosesləri üzrə biliklərə malikdir

Axtardığımız ideal namizəd sizsinizsə CV-nizi [email protected] elektron ünvanına göndərə bilərsiniz. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Məlumatların keyfiyyəti üzrə mütəxəssis/baş mütəxəssis” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi