Kiber təhlükəsizlik üzrə Analitik

  • ProSol QSC
  • Elanın qoyulma tarixi: 19.09.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

1. İnformasiya sistemləri, İT sahəsi və biznes risklərini anlamaq və tətbiq etmək;
2. Müştəri heyəti və layihə komandası ilə birbaşa ünsiyyət;
3. Layihə planına uyğun olaraq eyni zamanda bir neçə layihənin üzərində işləmək bacarığı
4. Kiber təhdidlərin araşdırılması və tapılmasına dəstək olmaq
5. Boşluqların aradşrılması və tapılmasına dəstək göstərilməsi
6. Aktiv və passiv növlərdə informasiya toplanmasında aktiv iştirak etmək
7. Toplanan informasiyanın analizinin aparılmasında iştirak etmək
8. Hesabatların hazırlanması və üst rəhbərə təqdim olunması
9. Təhlükə Diaqnostikasını aparmaq və təhlükəni araşdırmaq üçün bir çox daxili qrupla koordinasiyada iştirak etmək
10. Ayrı-ayrı günlük kiber araşdırma sənədlərini işləmək və xüsusi hadisə göstəricilərini çıxarmaq
11. Hadisə göstəricilərini işləmək, təşkil etmək, təhlil etmək və kontekstləşdirməyə kömək etmək

Tələblər:

1. Ali təhsil / gözlənilən dərəcə (Tətbiqi riyaziyyat, İqtisadi kibernetika, Kompüter elmləri sahəsində olanlara üstünlük verilir);
2. İnformasiya sistemlərinin, eləcə də, PC-əsaslı proqramlarında səriştə;
3. Tətbiqlərin, interfeyslərin, sistem infrastrukturunun, məlumatların emalı və ümumi texnologiya idarəetmə elementlərinin auditi sahəsində təcrübə;
4. Ofis proqramları ilə işləmək bacarığı: MS Excel, MS Word, MS Power Point, Outlook
5. Azərbaycan, ingilis dillərində əla yazılı və şifahi ünsiyyət bacarıqları. Rus dili arzuolunandır;
6. Bir çox vəzifələri eyni zamanda həll etmək üçün plan imkanı;
7. Diqqət və analitik düşünmə bacarığı;
8. Qoyulan vaxt çərçivəsində və təzyiq altında işləmək bacarığı ;
9. Öz təşəbbüsü və komandanın bir hissəsi kimi işləmək bacarığı ;
10. Əla təqdimat, həmçinin, hesabatların yazılması da daxil olmaqla, ünsiyyət bacarıqları ;

Biz nə təklif edirik:

PROSOL şirkətində sizin uzunmüddətli gələcəyiniz bizim üçün də vacibdir. Buna görə məqsədimiz bir ömür boyu sizə lazım olacaq təcrübə verməkdir. Təlim və inkişaf, biznes və ya könüllü imkanları inkişaf etdirmək üçün uğurlu karyera qurmaq əsnasında zəngin təcrübə əldə edəcəksiniz. Biz bu xüsusiyyətimizlə fəxr edirik – işə qəbul olunan işin məsuliyyətini qəbul edir, yeni düşüncə tərzlərini təşviq edir və müxtəlifliyi və inkluzivliyi əhatə edir. Bizim də ruhumuz innovatordur və biz işimizi necə və nə etdiyimizdə – daha yaxşı olmaq üçün çalışırıq. Bundan əlavə, biz təklif edirik:

• Fəaliyyətə əsasən artan əmək haqqı;
• Şəffaf karyera yolu;
• Təlim və inkişaf proqramlarının geniş mövcud olduğu şərait;
• Beynəlxalq yönümlü müxtəlif layihələrdə iştirak etməklə peşə vərdişlərinin daha da inkişaf etdirilməsi imkanları;

Müraciət üçün son tarix: 30.09.2021

Müraciətlərinizi, vakansiya başlığını mövzu bölümünə qeyd etməklə [email protected] e-mail adresinə göndərə bilərsiniz. Həmçinin, şirkətimiz barədə ətraflı məlumatı yenilənmiş www.prosol.az ünvanından əldə edə bilərsiniz.

İşəgötürənin reytinqi