Qrafik və Veb Dizayn - Müəllim

  • Code Academy
  • Elanın qoyulma tarixi: 16.09.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Müəllimin əsas iş öhdəlikləri bunlardır:

- Tədris kurrikulumuna əsasən dərs keçmək;
- Tələbələrin suallarını vaxtında cavablamaq;
- Tələbələrin tapşırıqlarına vaxtında və düzgün rəy bildirmək;
- Tələbələrin dərsdə iştirak və fəaliyyətinə mütəmadi nəzarət etmək;
- Tələbələrə fərdi yanaşmaq, onlarla inkişaf və karyera yönümlü söhbətlər aparmaq;
- Code Academy dəyərlərinə əsasən xidmət göstərmək.

Tələblər:

- 5 il Qrafik və Veb dizayn sahəsində iş təcrübəsi (sadəcə Qrafik Dizayn və ya Veb Dizayn sahəsində təcrübəsi olanlar da müraciət edə bilər);
- Adobe Illustrator, Adobe Photoshop, Adobe Indesign, Adobe XD, Sketch, Figma proqramlarını mükəmməl bilmək;
- Azərbaycan dilində əla yazılı və şifahi dil bacarıqları, ingilis dilini bilməsi üstünlükdür;
- Dərs proqramı hazırlamaq və dərs keçmək sahəsində təcrübəsinin olması arzu olunandır.

Müraciət üçün - https://qlor.me/kto41bsr