Vəzifəyə olan tələblər:
• Ali təhsil.
• Müştəri xidməti və liderlik bacarıqları.
• Problemlərin diaqnozunu aparmaq və həll yollarını tapmaq bacarığı.
• Peşəkar davranış bacarığı.
• Tələb olunduqda iş vaxtından artıq işləmək imkanı.
Vəzifə öhdəlikləri:
• Daxil olan və göndərilən məktubların qeydiyyat jurnalına daxil edilməsi
• Əməkdaşların işgüzar səfərə getməsinin təşkili
• Ofis avadanlıqlarının daimi işlək vəziyyətdə olmasının təmin edilməsi
• Öz səlahiyyətləri daxilində qərarların qəbul edilməsi
• Gündəlik təsərrüfat işlərinin aparılması
• Qonaqların təyyarə və ya digər nəqliyyat vasitələri ilə yola salınması
• Ofisin təmizliyinə nəzarət
• Ofis içində yaranan texniki problemlərin aradan qaldırılması
• Sürücülərin qrafikinə nəzarət, gündəlik marşrutun müəyyənləşdirilməsi
• Müxtəlif şöbələrdən gələn ehtiyyacların qəbul edilməsi və sifarişi
• Əməkdaşların korporativ nömrələrlə təmin edilməsi və mobil operatorlarla əməkdaşlığın operativliyini təmin etmək üçün bütün əməliyyatların həyata keçirilməsi
• Müxtəlif sənədlərin sürətini çıxarılması və çap olunması
• Daxil olan telefon zənglərin cavablandırılması və yönəldilməsi
• Birbaşa rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsi
Tələblərə cavab verən namizədlər sentyabr ayının 27-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “İnzibati işlər üzrə Mütəxəssis” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.