İnformasiya Texnologiyaları üzrə kiçik işçi

  • FINCA Azerbaijan
  • Elanın qoyulma tarixi: 14.09.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas Öhdəliklər:

• Kompüter və şəbəkə avadanlığının, əməliyyat sistemlərinin və tətbiqlərin quraşdırılması və konfiqurasiyası.
• Müştəri sistemlərinin performansının və resursların istifadəsinin monitorinqi.
• Müştəri sistemlərinin konfiqurasiyasının müntəzəm yoxlanılması.
• Müştəri sistemi və şəbəkə ilə əlaqədar problemlərin aradan qaldırılması, avadanlıqların və ya proqram qüsurlarının diaqnostikası və həlli.
• Stolüstü komputer/noutbukun nasaz hissələrinin dəyişdirilməsi və ya lazım olduqda təmirə göndərilməsi.
• Yeni istifadəçilərin hesablarını və profillərini yaradılması və şifrə ilə əlaqədar problemlərin həll edilməsi
• İT aktivləri ilə bağlı sənədlərin icrası, lazımi inventarizasiyanın aparılması və nəzarətdə saxlanılması (hardware, proqram lisenziyaları, dəstək avadanlıqları və s.)
• Verilmiş tapşırıqların sona çatdırılması
• Yeni texnologiyaların sınanması və qiymətləndirilməsi.

Tələblər:

• Kompüter mühəndisliyi, kompüter elmləri, tətbiqi riyaziyyat, elektronika mühəndisliyi və ya digər müvafiq texniki sahələr üzrə bakalavr dərəcəsinin olması;
• Azərbaycan dilini mükəmməl səviyyədə, İngilis dili yaxşı səviyyədə bilmək;
• MS Office bilikləri;
• Oxaşr vəzifədə 1 illik təcrübə (beynəlxalq təşkilatlarda olan təcrübəyə üstünlük verilir);
• Yüksək səviyyədə ünsiyyət qurma bacarığı;
• Komandada işləmək bacarığı.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 24 sentyabr 2021-ci il tarixdən gec olmamaq şərtilə [email protected] electron ünvanına Subject/Mövzu hissəsində İnformasiya Texnologiyaları üzrə Kiçik İşçi qeyd etməklə göndərə bilərsiniz.

QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi