Data Analitikası Mütəxəssisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

- Beynəlxalq Hospital üçün data məlumatları əsasında müxtəlif hesabatları hazırlamaq və yeni hesabat formalarının tərtibi və təbiq olunması.
- Data toplamaq və təhlilini optimallaşdırmaq və yaxşılaşdırmaq üçün təkiflərin verilməsi.
- Məlumat bazasında toplanılan məlumatların aylar üzrə saxlanılmasının təmin edilməsi
- Datanı şərh etmək, statistik metodlardan istifadə edərək nəticələri təhlil etmək və rəhbərliyə davamlı hesabatlar vermək;
- Beynəlxalq Hospital üzrə işçiləri tərəfindən həyata keçirilən məlumat daxil etmə prosesinin optimallaşdırılması
- HİS-in (Hospital İnformation System) və SAP da olan məlumatların Excel və SQL vasitəsilə inteqrasiyasiyalı hesabtların hazırlanması və analiz olunması.
- HİS-də olan datanın müxtəlif hesabat formasına salınması üçün dəyişikliklər üçün həll yollarının araşdırılması
- Sistemə daxil edilmiş məlumatlardakı səhvlərin aradan qaldırılması üçün xəstə xidmətləri işçiləri ilə birgə işləmək
- Power Bİ da məlumat bazasında olan müxtəlif tip məlumatların qrafik və diaqramlar vasitəsilə vizuallaşdırılması və müxtəlif ERP sistemləri ilə inteqrasiya olunması.
- Toplanmış məlumatlar üzrə aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi.

Tələblər:

• Power BI, SQL, R və s. digər analitik tool-larla işləmək bacarığı.
• İri həcmli datalarla iş təcrübəsi, nəticə yönümlülük;
• Alqoritm qurma bacarığı və analitik – alqoritmik düşünmə qabiliyyəti;
• Ali Təhsil.

CV-ləri Data Analitikası Mütəxəssisi mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.