Biznes analitik

  • INEO Group
  • Elanın qoyulma tarixi: 09.09.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Şirkət və brendlər üzrə məhsullar və biznes vahidləri üçün fəaliyyətin qiymətləndiriməsi ilə bağlı dövri təhlillərin aparılması və müvafiq hesabatların hazırlanması;
• Mal qalıqları və dövriyyələrinin təhlili, o cümlədən effektiv idarə olunmasına dair tövsiyyələrin verilməsi;
• Onlayn and offlayn satış kanalları üzrə müştəri atkivliyinin təhlili və çarpaz aktivliyin qiymətləndirilməsi;
• İT proqram təminatı vendoru ilə əlaqəli şəkildə şirkətdaxil proseslərin 1C proqram təminatı üzərindən dəstəklənməsi (marketing kampaniyalarının konfiqurasiyası, nomeklaturun yüklənməsi, mal alışlarının işlənilməsi, inventarizasiya proseslərinin dəstəklənməsi və s. proseslərin təminatı)
• İT helpdesk üzrə müqavilə əsasında dəstək göstərən şirkətin işinə nəzarət;
• Şirkətin digər bölmələri və əməkdaşları ilə koordinasiyalı şəkildə işləmək.

Tələblər:

• Kibernetika, riyaziyyat, iqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi və ya analitik sahə üzrə ali təhsil. Kibernetika və riyaziyyat yönümlü təhsili olanlara üstünlük veriləcək;
• 1C proqramında işləmə bacarığı. 1C «Parakəndə Ticarət», «Тicarətin İdarəolunması» üzrə bilikləri olanlara üstünlük veriləcəkdir;
• Verilənlərin (data) analitikası və hesabatlılıq üzrə iş təcrübəsi;
• Yüksək səviyyədə spreadsheet proqram (excel, google sheets və s.) bilikləri;
• bilikləri;
• Sql baza bilikləri (başlanğıc səviyyə);
• Quruculuq işlərində həvəsli;
• Pərakəndə sektorunda iş təcrübəsi üstünlükdür.

İş qrafiki: 5 gün, 09:00-18:00

Əmək haqqı: Namizədin bilik və təcrübəsi, o cümlədən bazar qiymətlərinə uyğun şəkildə qarşılıqlı razılaşdırılacaqdır.

Müraciət üçün:

Maraqlanan namizədlərdən mövzu sətrində “Biznes analitik” qeyd etməklə [email protected] ünvanına CV göndərmələri tələb olunur.