Problemli kreditlər üzrə mütəxəssis

  • Kredit Evi QSC
  • Elanın qoyulma tarixi: 07.09.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

• Ali və ya orta ixtisas təhsili;
• Səlis Azərbaycan dili;
• Yaş həddi: 21-30 yaş;
• Səbrli, təmkinli, gülərüz, nəzakətli, səbrlə dinləyə bilən, stresə davamlı və ünsiyyət qurma bacarığı;
• Microsoft Word və Excel proqramların yaxşı səviyyədə istifadəsi bacarığı.

Vəzifə öhdəlikləri:

• Borcalanların kredit müqavilələrinin portfelə daxil olduğu gündən etibarən təqibinin həyata keçirilməsi;
• Hər bir gecikmə üzrə müştərilərlə əlaqə yaradılması;
• Gecikmə səbəblərinin araşdırılması və problemin aradan qaldırılması üçün tədbirlərin görülməsi;
• Kredit ödənişlərinin həyata keçirilməsini təmin etmək;
• Portfelə daxil olmuş borcalanların sistemdə qeyd edilmiş əlaqə nömrələrinin aktiv olub – olmadığını müəyyənləşdirilməsi;
• Sorğu və hesabat formalarını təşkil etmək;
• Problemli kreditlərin sağlamlaşdırılması istiqamətində digər tədbirlər görmək ;
• Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək.

Bizim sizə təklifimiz:

• Müasir idarəetmə sistemi və mehriban kollektiv;
• Bacarıqlarınız nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
• Gələcək karyeranızın qurulması üçün geniş şərait.

Əgər təklifimiz sizə maraqlıdırırsa şəkilli cvlərinizi (şəkilli cv mütləqdi) [email protected] elektron ünvanına göndərə bilərsiz.

E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (Problemli kreditlər üzrə mütəxəssis). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.